Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

İstanbuldan uçan təyyarədə koronavirus tapıldı – Sərnişinlər karantinə alındı

İstanbuldan Sinqapura uçan Türk Hava Yollarına məxsus təyyarədə sərnişinlərin birində koronavirus tapılıb. Boyukmillet.com “Haberler”ə istinadən xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi açıqlama yayıb. Sərnişinlərdən birinin koronavirus analizinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən TK55 laynerinin digər sərnişinləri karantin altına alınıb. Məsələ ilə bağlı Türkiyənin Sinqapurdakı səfirliyi xəbərdar edilib. Qeyd edək ki, indiyədək Sinqapurda 110 nəfərdə koronavirus tapılıb.

Read More »

“Adi stuldan yoxdur? Götürün, belə şeylərə yol vermək olmaz…” – Prezidentdən irad + VİDEO

“Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə deyib. Ölkə başçısı onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.

Read More »

Qarabağda dron müharibəsi mümkündürmü?

Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarda dronlardan geniş şəkildə istifadə etməsi müşahidə edilir. Əsəd rejiminə məxsus bir sıra hərbi texnikaların məhz dronlar vasitəsi ilə sıradan çıxarıldığı, Türkiyə istehsalı olan pilotsuz aparatların düşmənin kabusuna çevrildiyi göz önündədir. Maraqlıdır, Türkiyənin dronlarla bağlı təcrübəsi Azərbaycan tərəfindən də öyrənilməlidirmi? Dronlarla bağlı bu təcrübə Qarabağ müharibəsində faydalı ola bilərmi? Boyukmillet.com xəbər verir ki, Moderator.az-a açıqlama verən …

Read More »

İranda koronovirus ölümü pik həddə çatdı: Azərbaycan xüsusi dəhlizlə vətəndaşları çıxarır

Azərbaycan öz vətəndaşlarını koronovirusun tüğyan etdiyi İran ərazisindən çıxarır. Boyukmillet.com xəbər verir ki, vətəndaşlar xüsusi sərhəd  dəhlizi  ilə İrandan  çıxarılır. Dövlətin nəzarəti  ilə keçirilən xüsusi  əməliyyat  zamanı  vətəndaşların  təhlükəsizliyi  üçün xüsusi məntəqələr yaradılıb. İrandan  gələn  vətəndaşlar  koronovirus  testi  edilir. Koronavirusla bağlı Azərbaycana  artıq  min  ədəd  test  göndərilib. Loborator  analizlər  yalnız  xüsusi  dövlət müəssələrində  həyata  keçirilir. Koronovirusla  bağlı  kənar  tibb müəssəsində  analiz  …

Read More »

Bu gün Milli Məclisin yeni tərkibi bəlli olacaq

Bu gün saat 10:00-da Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclası keçiriləcək.Boyukmillet.com-un məlumatına görə, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun və qurumun üzvlərinin iştirakı da gözlənilir. Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab versə, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edəcək. Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində nəticələrin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi …

Read More »

Dünyada həyat bitə bilər – NASA-dan qorxulu açıqlama

ABŞ Milli Aviasiya və Aeronavtika İdarəsi (NASA) müasir sivilizasiyanın sonunu gətirəcək böyük asteroidin aprel ayında Yer kürəsinə yaxınlaşacağını bildirib. Boyukmillet.com dünya mediasına istinadən xəbər verir ki, eni 4.1 km olan bu asteroidə 527668 (1998 OR2) adı verilib. Bu ölçüdəki cisim dünyaya dəysə, planetimizdə həyat bitə bilər. Alimlər hətta 1 km eni olan asteroidin belə qlobal səviyyədə bəşəriyyətin sonunu gətirə biləcəyini qeyd …

Read More »

SON DƏQİQƏ: Türk qırıcıları rus təyyarələrinə qarşı havaya qaldırıldı

Türkiyə Hərbi Hava Qüvvələrinə aid “F-16 Fighting Falcon” döyüş təyyarələri “Bahar qalxanı” hərəkatı bölgəsinə yaxınlaşan Rusiyanın döyüş təyyarələrinə qarşı havaya qalxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” məlumat yayıb. Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri İdlibdəki türk əsgərlərinə yaxınlaşıb. Buna görə də türk qırıcıları havaya qalxıb və Türkiyə-Suriya sərhədi boyunca uçuşlar həyata keçirib. Rus qırıcılarının bölgəni tərk etməsindən …

Read More »

Azərbaycan İctimaiyyətindən Türkiyəyə Dəstək. -FOTOLAR

Bu gün AZƏRKİTAB Mərkəzində Türkiyəyə dəstək ifadə edən tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki bu gün Beynəlxalq Diaspor Mərkəzinin, (BDM)İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) və Dünya Azərbaycanlılar Konqresinin birgə təşəbbüsü ilə Azərbaycan ictimaiyyətinin Türkiyənin “Bahar Qalxanı” əməliyyatına dəstək tədbiri keçirmişdir.Tədbir Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsini bir dəqiqə sükütla yad edildikdən sonra başlamışdır.Tədbiri giriş sözü ilə açan İSBAM sədri Samir …

Read More »

İCRA BAŞÇISININ OĞLU KİMLƏRLƏ ŞƏRİKDİR? – Binəqədinin rəhbəri ilə bağlı sənəd yayıldı

“Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında məlumat və sənədlər paylaşıb. Jurnalist bildirib ki, icra başçısının oğlunun 4 həmtəsisçidən biri olduğu “İNVEST-2011” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. “Şirkətin digər həmtəsisçiləri arasında Yusif Hümbətovun oğlu Asim Hümbətov da var. Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan …

Read More »

Naxçıvanda nazir dəyişdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilsin”. Qeyd edək ki, Vüsal Sevdimaliyev …

Read More »