Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

GÜLƏR ƏHMƏDOVANIN OĞU SİLAHI HARDAN ALIB? – “Glock-19″ markalı tapança ABŞ-da satış rekordları qırır

Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu,1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Nəsimi rayonu ərazisində keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi “BMW” markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19″ markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı …

Read More »

Paşinyan Qarabağ danışıqlarını pozur: “Azərbaycan Rusiyaya müraciət etməlidir ki…” – Tofiq Zülfüqarov

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həllinə mane olan növbəti populist bəyanatını səsləndirib. Artıq Paşinyan tərəfindən sanki danışıqlar prosesinin məqsədyönlü şəkildə pozmağa yönəlik fikirlərin səsləndirilməsi ənənəvi hala çevrilib. Ermənistan hökumətinin rəhbəri Azərbaycan tərəfin ünvanına sərt açıqlamalar səsləndirməklə ölkə daxilində və beynəlxalq ictimai rəydə siyasi spekulyasiyalar etməyə çalışır. Almaniyaya səfər edən Nikol Paşinyan Fridrix Ebert Fondunda çıxışı zamanı Dağlıq …

Read More »

Nazir müavini: “Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır”

“Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır”. Boyukmillet.com  xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir: “Xüsusi qayğıya ehtiyacı olanlar arasında autizmli uşaqlar əsas yer tutur. Belə uşaqların …

Read More »

Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyə olunmuş 6 Azərbaycan vətəndaşı ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, iki həftədir Türkiyə ərazisində karantində olan azərbaycanlılar bu gün təyyarə ilə Bakıya yola düşəcəklər. Azərbaycan Tanıtım Evində keçirilən görüşdə həmin vətəndaşlar Uhan şəhərindən çıxarıldıqları, bütövlükdə Çindəki koronavirusla bağlı vəziyyət barədə səfirə məlumat veriblər. Daha sonra Heydər Əliyev Parkında ulu öndərin xatirəsini yad edən vətəndaşlarımız Anıtqəbiri …

Read More »

Vilayət Eyvazov rəislərə tapşırıq verdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində (DİN) polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaş ilə görüşüb.  Boyukmillet.com xəbər verir ki Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı …

Read More »

Bu gün hamı bu saatı gözləyir

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, saat 14:00-da MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçiriləcək iclasda bir sıra məsələlər müzakirə ediləcək. Həmçinin fevralın 13-də keçirilən iclasda 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər yenidən baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. Araşdırılan 10 seçki dairəsi: – 91 saylı Ucar seçki dairəsi – 81 saylı Beyləqan …

Read More »

Ötən il Naxçıvanda 5415 körpə doğulub

Ötən il Naxçıvan Muxtar Respublikasında 5415 körpə doğumu qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd olunub ki, doğulanların 2853-nü və ya 52,7 faizini oğlanlar, 2562-ni və ya 47,3 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 64-ü əkiz olub. Ümumilikdə, son 10 ildə muxtar respublikada 77 min uşaq doğulub.

Read More »

Avropa çempionatı: Bu gün son 5 güləşçimiz mübarizəyə qoşulur

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatının 6-cı yarış günündə son 5 çəki dərəcəsində mübarizəyə start veriləcək.  Boyukmillet.com-un məlumatına görə, bu gün sərbəst güləşçilər 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəkilərdə qüvvələrini sınayacaqlar. Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.  Mübarizəyə 1/4 finaldan başlayacaq İntiqam Vəzirzadənin (61 kq) ilk rəqibi Hamza Alaca (Türkiyə) olacaq. 74 kq-da Hacımurad Hacıyev təsnifat mərhələsində …

Read More »

Çində koronavirusdan ölənlərin sayı 1524-ə çatdı

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 66 min 578, bu virus səbəbindən ölənlərin sayı isə 1524 nəfərə çatıb. Ötən sutka ərzində 2641 yoluxma və 143 ölüm faktı qeydə alınıb. Ölüm hallarından biri paytaxt Pekində baş verib. Boyukmillet.com xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 8123 nəfərdir. Sağalıb xəstəxananı tərk …

Read More »