Bazar , 14 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

İƏT-in Komissiya sədri Azərbaycan hökumətinə təşəkkür edib

“İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Azərbaycana səfər etməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən insan hüquqları pozuntularının canlı şahidi olmaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohammed Abdulla Omair Alghfeli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sabahdan etibarən Komissiya işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcək: “Bizim …

Read More »

Azad olunmuş ərazilərlə bağlı hesabat İƏT XİNŞ-in iclasında müzakirəyə çıxarılacaq

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Azərbaycanın işğaldan azad olunmuş mövcud vəziyyətlə bağlı hesabatı 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan rəsmiləri ilə görüşlər həyata keçiriləcək: “Sabah …

Read More »

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Rəşid oğlu Quliyevin doğum günü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, bu gün şəhidimizin İkinci Şəhidlər xiyabanında məzarı ziyarət edilib. Tədbirdə R.Quliyevin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər. Qeyd edək ki, R.Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda doğulub. 1990-1998-ci illərdə …

Read More »

Bir qrup gürcü jurnalist Gəncəyə səfər edib

Gürcüstandan olan bir qrup jurnalist Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər. Dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar baş verən əraziyə güllər düzüblər. Burada yaşanan acı hadisələrlə yerində tanış olublar. Qeyd edək ki, gürcü jurnalistlər bundan əvvəl Ağdam və Şuşada olublar.

Read More »

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycana gəlib

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Nümayəndə heyəti Ağdam, Tərtər və Gəncədə faktaraşdırıcı missiya həyata keçirəcək.

Read More »

“Azərbaycanın qələbəsi bizim qələbəmizdir” – Pakistan Senatının sədri – FOTO

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb. Səfir Xəzər Fərhadov qəbula görə Pakistan Senatının sədrinə təşəkkür edib və iki qardaş ölkə – Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən söhbət açıb. Xəzər Fərhadov Pakistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu …

Read More »

Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq – DİN açıqladı

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, stasionar postlarda və yollarda avtopatrulda …

Read More »

“Azərbaycan erməni vətəndaşlarını yenidən reinteqrasiya etmək əzmindədir” – Ceyhun Bayramov

“Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərdəndir: “Azərbaycan etnik və …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.09.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1% azalaraq 1,9900 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0233 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,99001 Rusiya rublu0,02331 Avstraliya dolları1,23001 Argentina pesosu0,01731 Belarus rublu0,67991 Braziliya rialı0,32141 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1148100 Cənubi Koreya vonu0,14421 Çexiya kronu0,0784100 Çili pesosu0,21581 Çin yuanı0, 26291 Danimarka …

Read More »

Çinin şərqində gəmilər toqquşub, ölən və itkin düşənlər var

Çinin Çjeszyan şərq əyalətinin akvatoriyasında iki gəminin toqquşması bir nəfərin həlak olmasına gətirib çıxarıb, daha iki nəfər itkin düşmüş hesab edilir. Boyukmillet.com  xəbər verir ki, bu barədə dəniz işləri üzrə əyalət idarəsinə istinadən “Çjunqo sinvenvan” informasiya resursu bildirib. Hadisə çərşənbə günü axşam Çjouşan adalarından şərqdə olub. Bildirilir ki, fəlakət siqnalı Panamada qeydə alınmış yük gəmisinin və Çin balıqçı gəmisinin toqquşmasından …

Read More »