Cənab Prezidentin hər hərəkətində, hər sözündə və mesajında özünəməxsus məna var. Prezidentin dünənki addımı, 60 illik yubileyinin tamam olduğu gündə havanın sərt və qeyri-münasib olmasına baxmayaraq Şuşaya və Hadruda səfər etməsi, orada elit hərbi korpusun, Komandonun açılışını etməsini bu baxımdan qiymətləndirmək lazımdır. Dövlət başçısı bu addımı ilə bizim hamımıza bir daha göstərdi ki, onun üçün doğum günü və ya yubiley …
Read More »Yearly Archives: 2021
İran səfirliyi: “Azərbaycanla dostluq və qardaşlıq əbədi olacaq”
“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür”. Boyukmillet.com -un xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyi tviter səhifəsində paylaşım edib. “Bu hadisə iki dost, qardaş və qohum xalqın tarixində yeni səhifə oldu. Bu dostluq və qardaşlıq əbədi olacaq”, – tvitdə bildirilib. Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür. Bu hadisə …
Read More »QHT nümayəndələri Xudafərin körpüsündə olub
Azərbaycanda fəaliyyət göstərən 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi Cəbrayıl rayonuna səfərləri çərçivəsində Xudafərin körpüsündə olublar. Boyukmillet.com xəbər verir ki, QHT nümayəndələrinə Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla bağlı məlumat verilib. Qeyd edək ki, QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.
Read More »İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək. Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram”.
Read More »Mehriban Əliyeva Şuşadan videogörüntü paylaşıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadan videogörüntü paylaşıb. Boyukmillet.com xəbər verir ki, paylaşım bu sözlərlə təqdim olunub: “Şuşada ən balaca general-leytenant”. Qeyd edək ki, videogörüntüdə Prezident İlham Əliyevin 4 yaşlı Asiflə səmimi söhbəti yer alıb.
Read More »Yeni sosial islahatların miqyası
İradə Rizazadə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Prezidentlik fəaliyyətində vətəndaşların rifah halının yüksəldilməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet istiqamət …
Read More »Çində daha bir Azərbaycan Ticarət Evi açılıb
Çinin Hunan vilayətinin Canciacie şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə Canciacie şəhəri rəhbərliyi və şirkət nümayəndələri iştirak ediblər. Açılış mərasimində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin ikitərəfli iqtisadi-ticarət münasibətlərinin inkişaf dinamikası haqqında danışaraq Canciacie şəhərində açılmış Azərbaycan Ticarət Evinin bu münasibətlərə töhfə verəcəyinə ümid etdiyini bildirib. Canciaciye şəhər merinin müavini Ouyan Bin Canciacie şəhərində Azərbaycan …
Read More »Kiyevdə Qarabağ incilərini əks etdirən sərgi keçirilir
Ukraynada Taras Şevçenko adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin əl işlərindən ibarət sərgi təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan sərginin açılışında səfirliyin əməkdaşları, hökumət rəsmiləri, müxtəlif ölkələrin Kiyevdəki diplomatik korpusların və ictimaiyyətin nümayəndələri, diaspor fəalları iştirak ediblər. Xalça və rəsm işlərindən ibarət olan sərgidə əsas mövzu Azərbaycan mədəni tarixi …
Read More »Rusiya Müsəlmanlarının lideri Prezident İlham Əliyevi təbrik edib
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Qarşılıqlı Əlaqə Şurasının üzvü şeyx Ravil Qaynutdin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə …
Read More »Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri Cəbrayıldadır
Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, 150-dən çox qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində “Dostluq” bulağı ilə tanış olması nəzərdə tutulur. QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
