“Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik …
Read More »Yearly Archives: 2021
Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının açılışı olub
Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Suqovuşan-1” stansiyasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident …
Read More »Ali Baş Komandan Talış və Suqovuşanın necə azad edildiyini açıqlayıb
“İndi əgər müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad edildi. Oktyabrın 4-də bir çox kəndlər azad edildi, o cümlədən Cəbrayıl şəhəri”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib. …
Read More »Ali Baş Komandan Talış kəndində Azərbaycan bayrağını ucaldıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldıb. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı çıxış edərək dedi: – Talış kəndi düz bir il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində və Azərbaycan bayrağını Talış kəndində ucaltmışam. Bir il bundan əvvəl burada şiddətli …
Read More »Ombudsman ermənilərin Gəncə və digər əraziləri atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Dünya ictimaiyyətinə məlumdur ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycana …
Read More »Azərbaycan XİN İranın xarici işlər nazirinə cavab verib
“İlk növbədə vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində …
Read More »Zakir Həsənov Gürcüstana səfərə gedib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib. Boyukmillet.com xəbər verir ki, nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq.
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.10.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1% artaraq 1,9711 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0233 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,97111 Rusiya rublu0,02331 Avstraliya dolları1,23561 Argentina pesosu0,01721 Belarus rublu0,67711 Braziliya rialı0,31691 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1140100 Cənubi Koreya vonu0,14381 Çexiya kronu0,0778100 …
Read More »Yəməndə husilərin atəşi nəticəsində onlarla dinc sakin yaralanıb, ölənlər var
Yəməndə husilər Marib əyalətinin şimalını ballistik raketlərdən atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SABA bildirib. Məlumata görə, üsyançılar dinc sakinlərin yaşadığı Er-Ravda yaşayış məntəqəsini hədəf seçiblər. Hücum nəticəsində 2 uşaq həlak olub, həmçinin 5-i uşaq, 4-ü qadın olmaqla, 33 dinc sakin yaralanıb. Atəş nəticəsində ərazidəki 12 evə zərər dəyib. Husilər atəşlə bağlı hər hansı …
Read More »Vahid Milli Hərəkat Partiyası: “Saakaşvili tezliklə azad olunacaq”
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq. Boyukmillet.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, partiya üzvü bu barədə jurnalistlərə açıqlamasında deyib. “Saakaşvili çox qısa zamanda azadlığa buraxılacaq, tezliklə həbsxanadan çıxacaq. Necə? Hamımız birlikdə görəcəyik”, – o deyib. Yekaterina Xerxeulidze əlavə edib ki, yaxın vaxtlarda xəbərləri və saxlanılması ilə bağlı bütün rəyləri ona …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
