Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında. 2. Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə …

Read More »

Ceyhun Bayramov: “Ermənistanın əsassız iddiaları bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir”

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində 22 sentyabr 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb. Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycan ilə Avropa Şurası arasında 2022-ci il üzrə Fəaliyyət Planı, eləcə də regionda …

Read More »

Azərbaycanda bank hesabına dair Türkiyə-Rusiya təcrübəsi tətbiq oluna bilər

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində bank hesablarının açılması, aparılması və bağlanması sahəsində mövcud vəziyyətin və bu sahədə təkmilləşmələrin aparılmasının müzakirəsi məqsədilə işçi qrup yaradılıb. Məlumata görə, artıq işçi qrupun ilk iclası keçirilib. İclasda ABA-nın prezidenti Zakir Nuriyev çıxış edib, qrupun fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı bu sahədə imkan və çatışmazlıqlar, eləcə də qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib. Müzakirələr …

Read More »

ABŞ-da ehtiyatların azalması neftin qiymətini bahalaşdırıb

ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının son 3 ildə ən aşağı səviyyəyə düşməsi haqqında rəsmi statistika açıqlandıqdan sonra dünya bazarlarında neft bahalaşmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, Bakı vaxtı ilə 09.14-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,28% bahalaşaraq, 1 bareli 76,4 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti də 0,22% bahalaşaraq, 1 bareli 72,39 ABŞ dolları təşkil edib. …

Read More »

Aparat rəhbəri: “Azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat hazırlanacaq”

“İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri Azərbaycana 4 günlük səfərə gəliblər. Bu səfər Azərbaycan Ombudsmanı Səbinə Əlıiyevanın təşəbbüsü ilə həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, Ombudsman Aparatının rəhbəri, Müstəqiı Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ombudsmanın dəvəti əsasında nümayəndə heyəti Azərbaycanda xüsusi faktaraşdırıcı missiya həyata keçirəcək: “Missiyanın əsas istiqamətləri işğaldan azad olunmuş …

Read More »

Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb. Bildirilib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Read More »

İƏT-in Komissiya sədri Azərbaycan hökumətinə təşəkkür edib

“İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Azərbaycana səfər etməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən insan hüquqları pozuntularının canlı şahidi olmaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohammed Abdulla Omair Alghfeli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sabahdan etibarən Komissiya işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcək: “Bizim …

Read More »

Azad olunmuş ərazilərlə bağlı hesabat İƏT XİNŞ-in iclasında müzakirəyə çıxarılacaq

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Azərbaycanın işğaldan azad olunmuş mövcud vəziyyətlə bağlı hesabatı 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan rəsmiləri ilə görüşlər həyata keçiriləcək: “Sabah …

Read More »

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Rəşid oğlu Quliyevin doğum günü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, bu gün şəhidimizin İkinci Şəhidlər xiyabanında məzarı ziyarət edilib. Tədbirdə R.Quliyevin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər. Qeyd edək ki, R.Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda doğulub. 1990-1998-ci illərdə …

Read More »

Bir qrup gürcü jurnalist Gəncəyə səfər edib

Gürcüstandan olan bir qrup jurnalist Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər. Dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar baş verən əraziyə güllər düzüblər. Burada yaşanan acı hadisələrlə yerində tanış olublar. Qeyd edək ki, gürcü jurnalistlər bundan əvvəl Ağdam və Şuşada olublar.

Read More »