Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

İnternetin “qiyamət günü” – hansı ölkələr daha çox zərər görə bilər?

Günəşdə güclü partlayış Yerətrafı orbitdə olan bütün qurğuları sıradan çıxararaq insanları peyk internetindən məhrum edə bilər. Günəşdəki güclü partlayışlar dünya üzrə hər yerdə internetin kəsilməsinə səbəb ola bilər. Boyukmillet.com xəbər verir ki, belə bir ehtimalı SIGCOMM 2021 konfransında ABŞ-dan olan tədqiqatçı Sangita Abdu Cioti səsləndirib.  Plazma buludunun kosmosa atılması ilə müşahidə olunan partlayışlar Günəş sistemində ən güclü tranzient (ani və geniş spektral diapazonda elektromaqnit …

Read More »

Türkiyə, Qətər və G7 ölkələri Kabil hava limanının gələcəyini müzakirə edəcək

G7 ölkələrinin, eləcə də Türkiyə və Qətərin nümayəndələri ABŞ ordusunun Əfqanıstandan çıxarılması prosesi başa çatdıqdan sonra Kabil hava limanının gələcəyini müzakirə etmək niyyətindədirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Məlumata görə, bazar ertəsi günü planlaşdırılan qarşıdakı görüşdə Əfqanıstanın gələcəyi ilə bağlı məsələ qaldırılacaq. Həmçinin ABŞ ordusu tərəfindən həyata keçirilən təxliyə başa çatdıqdan sonra Kabil …

Read More »

Xankəndinin su dərdi: “İlk yağışı gözləyirik” – Aramyan

Quraqlıq səbəbindən Xankəndi şəhərini su ilə təmin edən 3 çaydan biri tamamilə quruyub, 2 çayın suyu isə xeyli azalıb. Bu baxımdan, şəhərin 30 faizinin su ilə təminatı sıfıra düşüb. Hazırda, su olmayan məhələlərə su maşınla daşınır. Boyukmillet.com xəbər verir ki, bölgədə olan Rusiya hərbçiləri su təchizatı ilə bağlı xüsusi fəallıq göstərirlər. Şəhər təsərrüfatını idarə edənlər su probleminin Azərbaycanın nəzarətinə keçən …

Read More »

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 8-ci qızıl medalı qazanıb

Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Boyukmillet.com xəbər verir ki, 42 yaşlı idmançı nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb. Qeyd edək ki, Azərbaycan komandası daha əvvəl 7 qızıl və 2 bürünc medal əldə edib.

Read More »

Tokio-2020: Azərbaycanın para-üzgüçüsü finala yüksəlib

Azərbaycanın para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti dəfə mübarizəyə qoşulub. Boyukmillet.com xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib. 27 yaşlı idmançı 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib. Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq. Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası …

Read More »

“Taliblər” Əfqanıstan qadınlarını səhiyyəyə qayıtmağa çağırıblar

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin qadın tibb işçilərini öz iş yerlərinə qayıtmağa çağırıb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı çağırışı hərəkatın nümayəndələrindən biri Zabihulla Mücahid tvitterdəki səhifəsində yerləşdirib. Onun sözlərinə görə, Əfqanıstan Səhiyyə Nazirliyinin tabeliyində olan qadın tibb heyəti öz vəzifələrinin icrasını davam etdirməlidir. Mücahid vurğulayıb ki, yeni hakimiyyət ölkənin səhiyyə sisteminin qadın əməkdaşlarının işlərini davam …

Read More »

Türk F-16-ları Polşa səmasında belə süzdü – VİDEO

Türkiyə F-16 qırıcıları Polşa Aviasiya bayramı münasibətilə bu ölkənin səmasında uçuşlarını davam etdirir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Polşa Müdafiə Nazirliyi Tvitter hesabında qırıcıların uçuşu ilə bağlı yeni video paylaşıb. Video qısa zaman ərzində izləyicilər tərəfindən bəyənilib. Qeyd edək ki, 4 ədəd türk F-16 qırıcısı gücləndirilmiş NATO hava polisi (BILOXO) missiyası çərçivəsində Polşanın Malbork şəhərindəki …

Read More »

Ali Məclis payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirib – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər. …

Read More »

Noyabrın 1-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda həftəsonu nəqliyyat və metronun fəaliyyətinə qoyulan məhdudiyyətin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 …

Read More »

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Read More »