“Vəhşi düşmən “İstisu” sanatoriyasını da söküb”. Boyukmillet.com xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı “İstisu” sanatoriyasına gedərkən deyib. Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva paylaşıb. Paylaşımı təqdim edirik: https://m.facebook.com/FirstvicepresidentofAzerbaijanOfficial/videos/796886430988980/ https://m.facebook.com/FirstvicepresidentofAzerbaijanOfficial/videos/391795325788251/ https://m.facebook.com/FirstvicepresidentofAzerbaijanOfficial/videos/796886430988980/
Read More »Yearly Archives: 2021
“Taliban”ın qardaşlıq mesajına Türkiyədən cavab gəldi – Çavuşoğlu taliblərə səsləndi
““Taliban”ın Türkiyə barədə mesajlarını müsbət qarşılayırıq”. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. “Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir” – deyə diplomat bildirib. Qeyd edək ki, “Taliban” açıqlamasında Türkiyəni “qardaş ölkə” adladırıb.
Read More »Xankəndində susuz qalan ermənilər – FOTOLARDA
Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni əhalisi son 10 gündə ciddi su çatışmazlığı ilə üzləşib. Şəhəri su ilə təmin edən üç çaydan birinin quruması, ikisinin suyunun azalması su böhranına səbəb olub. Su çatışmazlığına havaların isti keçməsi və yağışın yağmaması da səbəb olub. Boyukmillet.com xəbər verir ki, hazırda çıxış yolu kimi köhnə artezian quyularından istifadə edilir. Yanğınsöndürən maşınlarla əhaliyə su çatdırılır. Ümid …
Read More »Azay Quliyev: Ümid edirəm ki, Agentliyin fəaliyyəti yaxın zamanlarda tam işə düşəcək
“Agentlik olaraq çox ciddi planlarımız var. Agentliyin strategiyası və qrant siyasəti həm maddi, həm təşkilati, həm də informasiya baxımından ilk növbədə məhz Qarabağda quruculuq prosesinə yönəldiləcək”.QHT.az APA-ya istinadən xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. A. Quliyev bildirib ki, bu gün QHT-lərin xarici partnyorları, beynəlxalq təşkilatları bura dəvət etmək istiqamətində fəaliyyətinə …
Read More »Prezident: “Bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”
“Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib. “Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, …
Read More »Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə …
Read More »Zəngilan Hava Limanının istifadəyə verilmə tarixi açıqlanıb
“Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum”. Boyukmillet.com-un xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxış edərkən söyləyib. “Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq”,- dövlət başçısı vurğulayıb.
Read More »Prezident: “Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq”
“Ömər aşırımından keçərək Kəlbəcərə gedirik”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib. “Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir və tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik”, – deyə dövlət başçısı bildirib.
Read More »Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib. DİM-dən verilən məlumata görə, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva …
Read More »Azərbaycan PUA-ları və silahları Türkiyədə beynəlxalq sərgidə nümayiş olunur
Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş edilir. Bu barədə nazirlikdən məlumat verilib. Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
