“Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və erməni həmkarıyla Moskva görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makrona niyə zəng edib? Əlbəttə, Kremlin izahı belədir ki, Fransa Minsk Qrupunun 3 həmsədrindən biridir və Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli gedişi ilə bağlı Parisi məlumatlandırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib: “Ona qalsa Putin gərək üçüncü həmsədr ölkənin paytaxtına …
Read More »Yearly Archives: 2021
“VECON CONSULTING” yekun hesabat verdi
Azərbaycanın nüfuzlu qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” şirkəti 2020-ci ilin yekunları ilə bağlı ictimai hesabat təqdim edib. Boyukmillet.com xəbər verir ki, şirkətin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Orucun adından yayılan hesabatda şirkətin yola saldığımız ildə gördüyü işlərdən, həyata keçirdiyi layihələr və yeniliklərdən bəhs olunur. Hesabatda qeyd olunur ki, “VECON CONSULTING” 2020-ci ildə müştəri bazasını genişləndirib. Ölkənin …
Read More »Azərbaycan-Türkiyə-Türkmənistan XİN başçılarının görüşü olacaq
“Yanvarın 13-də İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ayrıca ikitərəfli görüş də gerçəkləşdirəcəyik. Həmçinin gələcəkdə Türkiyə-Türkmənistan-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”, – o deyib.
Read More »Əziz Ələkbərli: “Qarabağdakı bəzi kəndlərin adları milliləşdirilməlidir”
Xəbər verdiyimiz kimi, işğaldan azad olunmuş Hadrut qəsəbəsində bərpa işlərinə başlanılıb. Artıq qəsəbədə yeni ünvanlar təyin olunub və küçə adları bərpa edilib. Hadrut küçələrinə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Milli Qəhrəman və Qarabağ müharibəsində şəhid olmuş şəxslərin adları verilib. Ümumiyyətlə, işğaldan azad edilmiş qəsəbə, kənd və şəhərlərə yer adları hansı kriteriyalara əsasən verilməlidir? Milli Məclisin deputatı, Milli Məclis yanında Toponimiya …
Read More »Sabir Rüstəmxanlının “Qarabağa dönüş”ü niyə önəmlidir? – İsa Həbibbəylinin məqaləsi
Vətən savaşının ilk poemasını yazmış Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında milli ruhun və yüksək vətəndaşlıq mövqeyinin böyük ədəbiyyatını yaratmış görkəmli sənətkarlardan biri kimi qəbul olunur. O, qan yaddaşının poeziyasını yaratmaqla, soykökə və qəhrəmanlıq tariximizə işıq salmaqla yeni tarixi epoxanın vətənpərvərlik-vətəndaşlıq ideallarına dəstək vermək missiyasını şərəflə və məsuliyyətlə yerinə yetirməyi özü üçün müqəddəs borc, ali vəzifə hesab edən şair-vətəndaşdır. Sabir …
Read More »Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, Kremldə baş tutan görüşün təşəbbüskarı V.Putindir. Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur. Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin …
Read More »Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir
Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi qarşısında hazırkı baş nazir Nikol Paşinyanın əleyhdarları toplaşıb. Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları N.Paşinyanın Moskva şəhərinə səfərinə etiraz edirlər. Xatırladaq ki, Ermənistan baş naziri N.Paşinyan bu gün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşündə iştirak etmək üçün Moskvaya gedib.
Read More »Sahil Babayevin anasının əlilliyinin saxta olması iddiası ilə bağlı rəsmi açıqlama
“Sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun istifadə edən, xaricdə oturub ölkəmizə qarşı şərəfsizcəsinə böhtan və qarayaxma kampaniyası aparanlar “fəaliyyətlərini” davam etdirirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həm də ləyaqət hissindən uzaq paylaşımlar da bunun davamıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil …
Read More »Polis Ermənistanın Rusiyadakı səfirliyini mühasirəyə alıb
Rusiya hüquq-mühafizə orqanları Ermənistanın Moskvadakı səfirliyini təhlükəsizlik tədbirləri ilə bağlı mühasirəyə alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-i yayıb. Qeyd edək ki, yanvarın 11-də Rusiya Erməniləri İttifaqı səfirlik qabağında Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlara getməsinə qarşı imzatoplama kampaniyası təşkil edib. Hazırda səfirlik qarşısında çoxsaylı erməni etirazçılar var. Bununla belə, N.Paşinyan artıq Moskvadadır. O, üçtərəfli danışıqlar üçün Kremlə …
Read More »Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar. “Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
