“Üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 …
Read More »Yearly Archives: 2022
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların reallaşmasını təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü Amerika maliyyə institutlarının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsi ilə bağlı qanun layihəsini qəbul edib. Bu barədə Boyukmillet.com C-SPAN telekanalına istinadən xəbər verir. Məlumata görə, səsvermələr zamanı 418 konqresmen təşəbbüsü dəstəkləyib, ikisi əleyhinə səs verib. Qanun layihəsi hələ Senatda nəzərdən keçirilməlidir. Yuxarı palata tərəfindən bəyənilsə, təşəbbüs imzalanmaq üçün ölkə Prezidentinə göndəriləcək. Qanun layihəsinə daha …
Read More »Azərbaycan XİN Paşinyana cavab verib
“Ermənistan Baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu …
Read More »Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayacaq. Boyukmillet.com xəbər verir ki, festival mayın 14-dək davam edəcək. Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçiriləcək. Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, …
Read More »Сегодня 99-я годовщина со Дня рождения Общенационального Лидера азербайджанского народа Гейдара Алиева
Цветы к памятнику Гейдару Алиеву в Киеве от имени Почетного Консульства Азербайджанской Республики в г. Харьков возложил Почетный Консул Афган Салманов.
Read More »Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ…
Mübariz Mənsimovun qəfil yenidən peyda olması və “təmizə çıxmağa” hesablanmış iddialarını, uydurmalarını tirajlaması, əlaxüsus da özünü “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməsi və “xeyriyyəçi” imici formalaşdırmağa çalışması onun kölgədə qalan gerçək üzünün nə olduğunu ortaya çıxardı. Əvvəlcə oradan başlayaq ki, Mübariz Mənsimov “yaxşılıq etmişəm” minnətini qoymağa çalışdığı Azərbaycana nə vaxt hücuma keçməyə başladı. 2018-ci ildə “Palmali” şirkətinin ciddi maliyyə çətinliklərinin olduğu …
Read More »Ağdamda 3 şəhidimizin məzarı tapıldı – FOTO
Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə kənd sakini Rey Kərimoğlu məlumat verib. Qarabağ qazisi bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb: “Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun! …
Read More »Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR
Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki səfirliyinin biabırçı hərəkəti ilə qarşılaşıblar. Orada üzləşdikləri vəziyyətdən narazı qalan soydaşlarımız Demokrat.az vasitəsilə bildiriblər ki, ulu öndər Heydər Əliyevin Kiyevdə adını daşıyan park mayın 10-da yüzlərlə ziyarətçinin üzünə qapadılıb. Soydaşlarımız sözügedən parkın qapısına qıfıl vurulduğunu bildiriblər. …
Read More »“Azərişıq”: “Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir standartlara uyğundur”
“Son illər Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi energetika sahəsinə də göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında özünü büruzə verir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, işğaldan azad edilmiş ərazilər daxil olmaqla, ölkənin müxtəlif regionlarında ən müasir tələblər cavab verən yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri istifadəyə verilir. Ötən gün cənab prezident İlham Əliyevin açılışı etdiyi Şuşa şəhərində qurulan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar