Cümə , 22 Noyabr 2024
Drone Cameras

2025-ci ilə qədər illik qeyri-neft ixracı 5 milyard dollara çatdırılacaq

Azərbaycan 2025-ci ilə qədər qeyri-neft məhsullarının ixracının illik dəyərini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

“Qeyri-neft ixracı üçün 15 hədəf bazarımız var. Biz beynəlxalq sərgi və yarmarkalarda iştirak edirik, vahid ölkə sistemi ilə təmsil olunuruq və yerli istehsala aid qeyri-neft məhsullarını “Made in Azerbaijan” brendi ilə təqdim edirik. Milli ixrac startegiyanızın əsas hədəfləri yeni ixracın təşviqi mədəniyyətinin yaradılması və yerli məhsulların daha geniş coğrafi məkanlara ixracıdır. Biz ixrac maliyyə alətlərinin dəstəklənməsini də nəzərdə tuturuq. Bu strategiyanı uğurla icra etsək gələcəkdə Azərbaycanda “Exim bank”ın yaradılmasını da düşünə bilərik”, – deyə o qeyd edib.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …