Şənbə , 20 Aprel 2024
Drone Cameras

210 saylı məktəbdə insident

Boyukmillet.com-un redaktoru Sima Babayeva 210 saylı məktəbdə baş verən rəzalət haqda öz facebook hesabında paylaşım edib.

Həmin paylaşımı sizlərə təqdim edirik.

Bakı şəhər Nizami rayon 210 saylı məktəbdə baş verən insident çoxları kimi məndədə təssüf hissi doğurdu.


Aldığımız məlumata görə İlahə Əliquliyeva az yaşlı uşağının dərsdən çıxandan sonra aparmaq ücün buraya gələn yaninda olan digər beş yaşlı uşağı ilə məktəbin həyətində olarkən uşaq anasının gözündən yayınaraq həyətdə əkilmiş gülün birini dərib.

Bundan sonra əsl həngamə başlayıb. Əvvəlcə məktəbin xidmətçisi uşağa və valideynə hücum edərək onları təhqir edib.

Uşağı vurmaqdan belə çəkinməyib.


Səsə çıxan direktor Həqiqət Gülaliyeva qohumu olan xidmətçini sakitləşdirmək əvəzinə özü də ağzına gələni söyləyib. Qadın təhqirlərdən əsəbləşib evinə gedib başına gələni öz həyat yoldaşına danışıb. Yoldaşı onunla birlikdə məktəbə qayıdıb və məktəb direktoru Həqiqət Gülaliyeva xanıma etirazını bildirib. Direktor onu arvad uşağından pis təhqir edib və əcəb edib təhqir etdiyini söyləyib.

Bir sözlə məktəbdə biabırçılıq baş verib.


Valdeyinlərin dediyinə görə “qara məni basınca mən qaranı basım prinsipinə uygun olaraq yalandan şikayət ərizəsi tərtib edərək bəzi valideyinlərə saxta qolda çəkdirib.

Bir sözlə bu xanım özünü direktor kimi yox, müəllimə, ziyalıya yaraşmayan şəkildə, qoçu kimi aparır.
Onun kimə arxalandığını valideyinlər yaxşı bilir.

Sima Babayeva

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …