Şənbə , 11 May 2024
Drone Cameras

27 sentyabr Zəfərimizin başlandığı gündür

“2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə Prezident İlham Əliyevin fövqəladə sərkərdəlik, idarəçilik və liderlik keyfiyyətlərinin, qətiyyətinin, xalqımızın milli həmrəyliyinin, ordumuzun əzmkarlığının və yüksək döyüş qabiliyyətinin nəticəsi kimi həkk olundu”.

Boyukmillet.com xəbər verir ki, bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili 44 günün hər birinin şərəf və ləyaqət günü olduğunu xüsusi olaraq vurğulayıb: “Vətən müharibəsi xalqımızı bir yumruq kimi səfərbər etdi, birləşdirdi. Vətən müharibəsində parlaq qələbəmiz tarixən xalqımıza xas olan inamı artırdı. Ədaləti özümüz bərpa və bərqərar etdik. Uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü ortaya qoymuş oldu. Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində deyib ki, bu, yeni nəsil müharibə üsuludur. Hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir”. 

A.Hüseynov əlavə edib ki, 27 sentyabr Zəfərimizin başlandığı gündür: “Bu müharibə ilk növbədə 30 ildən sonra Azərbaycan Ordusunun işğalda olan ərazilərimizi azad etməyə başlaması ən böyük mənəvi qələbəmiz idi. Bu, ordumuzun böyük texniki, hərbi hazırlığı ilə yanaşı həmçinin Azərbaycan əsgərinin mənəvi ruhundan, peşəkarlığından xəbər verirdi. Bu tarixdə ordumuzun erməni ordusunu məhv edərək torplaqlarımızı azad etməyə başlaması tarixin dönüş nöqtəsi idi. Bu zəfərlə Azərbaycanın siyasi nüfuzu daha da artırdı. 27 sentybar şanlı Ordumuzun məhz mənəvi üstünlüyünün təntənəsi idi. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan bu zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Check Also

Türkiyənin ABŞ və Qərbə qarşı sərt mövqe tutmasının səbəbi nədir? – ŞƏRH

ABŞ Dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir. Blinken səfər əsnasında Türkiyənin Xarici İşlər Naziri Hakan …