Cümə , 19 Aprel 2024
Drone Cameras

30 illik fəaliyyətin dünəni və bu günü

Bakıda yerləşən Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi respublikanın sayılıb-seçilən təhsil ocaqlarından biridir. Məktəb 1937-ci ildən
fəaliyyət göstərir. İlk vaxtlar Dənizçilər Klubunun nəzdində olub. Tarixi haqqında çox yazmaq olar. Başqa bir məqaləmizdə keçilən yola nəzər salacayıq. İndi isə məktəbin bu günü haqda danışaq.

2020-ci ildən bu tədris müəssisəsinə Rəhimova Sevda İzzət qızı rəhbərlik edir. O, Asəf Zeynallı adına musiqi texnikumunu əla qiymətlərlə bitirib, Bakı Musiqi Akademiyasında korifey sənətkar, bəstəkar Arif Məlikovun sinfində təhsil alıb. Elə yaradıcılığında da dünya şöhrətli bəstəkarın dəst-xəttini davam etdirir. Sevda xanım direktor təyin olunana kimi uzun bir yol keçib. Gələn il onun
bu məktəbdə fəailiyyətinin 30-cu ili tamam olacaq. Bir kollektivdə fasiləsiz 30 il işləmək asan deyil,uğur göstəricisidir.

Sevda Rəhimovanın, onun rəhbərlik etdiyi məktəbin müəllimlərinin, şagirdlərinin respublika və beynəlxalq müsabiqələrdə əldə etdikləri nəticələr Sevda xanımın və müəllim heyətinin gərgin əməyinin bəhrəsidir.

Biz-boyukmillet.com redaksiyası və İSBAM təşkilatı olaraq ilin başlanğıcında məktəbə baş çəkib görülən işlər,gələcək planlarla maraqlandıq. İSBAM adından direktor Sevda xanım Rəhimovanı Vətən savaşı zamanı xidmətinə,təhsildə səmərəli fəaliyyətinə və ictimai fəallığına görə fəxri diplomla təltif etdik.

Müəllimlər, şagirdlər, valideynlərlə söhbət etdik. Hər kəs Sevda xanımdan, məktəbdəki şəraitdən, tədrisin səviyyəsindən razılıq etdi. Biz də yeni qədəm qoyduğumuz 2023-cü ildə Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə uğurlar arzu edərək boyukmillet.com-un çəkib hazırladığı videomaterialı təqdim edirik.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …