Şənbə , 23 Noyabr 2024
Drone Cameras

5 rayon 5 milyard dollara geri qaytarılır? – “Rusiya YAŞIL İŞIQ YANDIRIB”

Azərbaycan ya sülh, ya da digər yolla, yaxın vaxtlarda haqqı olduğunu alacaq.

Boyukmillet.com bildirir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Nezavisimaya qazeta”da erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc edilən baş məqalədə yer alan fikirlərə münasibət bildirib.

Politoloq hesab edir ki, yaxın vaxtlarda Qarabağ məsələsi ilə bağlı yeniliklər olacaq:

“Məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir. Eyni zamanda qeyd olunur ki, Paşinyan 5 milyard dollar müqabilində 5 rayonu Azərbaycana qaytarmağa hazırdır və bu plan Bolton ssenarisidir. Həmçinin ABŞ-ın əsas arzusunun bölgədə müharibənin başlanması və Rusiyanın silahlı münaqişəyə fəal şəkildə cəlb olunması olduğu istisna olunmur”.

Politoloq vurğulayıb ki, ilk dəfə olaraq ətraf rayonların qaytarılmasının mümkünlüyü məsələsinə Rusiya tərəfi yaşıl işıq yandırıb:

“Artıq ilyarımdır ki, informasiya müharibəsi çərçivəsində rus dilindəki müsahibələrimdə ümumdünya erməni diasporası və ABŞ-ın strateji planı haqqında danışıram. Vaşinqtonun əsas hədəflərindən biri Qarabağ kartından Rusiyaya qarşı istifadə etməkdir. Mən bir azərbaycanlı kimi ingilis dilində ABŞ, rus dilində Rusiyanı maraqlandıracaq və ermənilərin əsl simasını açacaq informasiyaları yayıram. 5 rayon məsələsində Rusiya tərəfi artıq münasibətini dəyişib. Lakin, Kremlin şərti var. Bu şərt nə Bakını, nə də İrəvanı qane edir”.

Z. Məmmədov qeyd edib ki, 5 rayonu 5 milyard müqabilində qaytarmağa erməni cəmiyyəti hazır deyil:

“Uzun sözün qısası, Paşinyan hökumətinin 5 rayonu 5 milyard müqabilində qaytaracağı ilə bağlı məlumat informasiya müharibəsinin bir hissəsidir. Sarkisyan Paşinyana hakimiyyəti verməklə, həmçinin, münaqişənin nizamlanmasından qaçdı. Bu arada, yaxınlarda baş tutacaq Soçi görüşü olduqca vacibdir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …