Çərşənbə axşamı , 3 Dekabr 2024
Drone Cameras

50 üzvü, beynəlxalq qiymətləndirmə hüququ olan təşkilatın planları açıqlandı

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 7-ci hesabat seçki konfansdan bir ay keçib. Xəbər verildiyi kimi, konfransda Cəmiyyətin yeni sədri Vüqar Oruc seçilib.
Boyukmillet.com xəbər verir ki, FED.az yeni sədr ilə Qiymətləndiricilər Cəmiyyətinin hazırki fəaliyyətindən, gələcək planlarından, qarşıdakı işlərindən danışıb.
Vüqar Orucun sözlərinə görə, son 1 ay ərzində konfransda seçilmiş strukturların işlək hala gətirilməsinə, əsasnamələrin, fəaliyyət proqramının hazırlanmasına, o cümlədən konfransda qəbul olunmuş qərarların həyata keçirilməsinə başlanılıb:

“Bu istiqamətdə addımlar atırıq. Konfransın nəticələrilə bağlı sənədlər təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunub. Bir sıra qeyri-hökumət qurumlarına cəmiyyətin rəhbərliyi çərçivəsində müraciətlər ünvanlanıb. Məqsəd görüşlərin keçirilməsi, cəmiyyətin sədrinin onlara təqdim olunması və fəaliyyət planı, hədəflərlə bağlı danışıqların getməsi, təkliflər planının hazırlanması olub. Xüsusilə vurğulayım ki, bununla əlaqəli hazırlıqlar gedir, əməkdaşlığımız olacaq.
«Müraciət edirik ki, tenderə qatılmaq istəyirik, zəng gəlir ki, o tenderi biz götürmüşük, formal keçirilir»

Yeri gəlmişkən, idarə heyətinin ilk toplantısında müəyyən təyinatlar, istiqamətlər üzrə departamentlər formalaşıb, o cümlədən cəmiyyətin sədrinin müavinləri yeri təyinatlar alıb. Cəmiyyət tamamilə yeni biçimdə, yeni hədəflərlə və yeni komanda ilə özünü təqdim edir. Planlarımız sırasında ilk olaraq qiymətləndirmə bazarında müəyyən özünütənzimləmə fəaliyyətinin həyata keçirilməsi üçün ilkin addımlar ataq».
Qiymətləndiricilər Cəmiyyətinin üzvləri də artmağa başlayıb. Bu günə qədər təşkilatda 45 şirkət birləşmişdi. Konfrans dövründə daha 5 şirkət cəmiyyətin üzvü olmaq üçün müraciət edib və bu müraciətlər ilkin olaraq müsbət qarşılanıb.

«Yəni hazırda 50 şirkət bizim cəmiyyətdə birləşib. Yenə də bir sıra şirkətlər, MMC-lər cəmiyyətdə təmsil olunması üçün müraciət ünvanlayıblar»-deyə V.Oruc bildirib.
Sədr bildirib ki, əsas işlərdən biri peşəkar komanda olaraq cəmiyyətin texniki-təchizat məsələlərini həll etməyə yönəlib:

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …