Çərşənbə , 16 Aprel 2025
Drone Cameras

600-cü sahibkar “ABAD”çı adını qazandı

Yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur.

O, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. Müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib.

Elnur Həsənov “ABAD” sıralarına keramika məshulları ilə qoşulub. O, hazırda Bakı, Naxçıvan, Şəki və s. regionları da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket istehsalını həyata keçirir. Azad edilmiş torpaqlarda vandalizmə məruz qalan abidələrin orijinal versiyasının maketlərini yaratmaqda onun mühüm rolu var.

600-cü “ABAD”çı 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən “ABAD” etno-butikində qurumun direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat ilə təltif edilib. Burada həmçinin Elnur Həsənovun tarixi abidələrdən ibarət olan kolleksiyasının nümayişi baş tutub.

Check Also

Bakıda tanınmış gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb

Bakıda tanınmış gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. …