Həyat qəribə paradokslarla doludur. Bəzən sənin sadədən də sadə tanıdığın bir insanın keçdiyi həyat yolu, əmək fəaliyyəti ilə tanış olduqda, onun insanpərvərliyinə, yaradıcılıq və təşkilatçılıq qabiliyyətinə, içindəki Vətən, ocaq sevgisinə heyran qalırsan. O anda düşünürsən: “Bu qədər enerji, güc bu insanda hardandır?” Və onu gec tanıdığına sadəcə, təəssüf edirsən. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin məşhur misraları yada düşür: “Yaşamaq yanmaqdır, yanasan gərək”
Etiraf edək ki, çoxları yanaraq yaşamırlar, yaşayaraq yanırlar. Yanaraq yaşamağı Tanrı hər kəsə nəsib etmir. Və heç bir şübhəsiz ki, belələri Tanrının ən xoşbəxt bəndələrindəndir. Düşünürəm ki, bu yazımın qəhrəmanı Cəmaləddin Zeynalov məhz bu cür ömür boyu Vətənə, xalqa xidmət etmək amalı ilə yanaraq yaşayan insanlardandır.
Cəmaləddin Atamalı oğlu Zeynalov 1938-ci ilin fevral ayının 3-də Ağsu rayonunnun Kəndoba kəndində anadan olmuşdur.
C.A. Zeynalov orta məktəbi bitirdikdən sonra, 1957-ci ildə Xalq Təsərrüfat İnstitutuna daxil olaraq 1961-ci ildə institutu əyani bitirərək iqtisadçı ixtisası almışdır. İlk əmək fəaliyyətinə “Azərkəndtexnika” birliyinin Ağsu rayon şöbəsində baş iqtisadçı işləməklə başlamışdır. Həmin ildə Ağsu rayon Komsomol Komitəsinin ştatdankənar katibi seçilmişdir. Bu iş onda komsomol işinə həvəsi artmışdır. Yüksək təşkilatçılıq qabiliyyətini hiss edən rayon rəhbərliyi, onu daha yüksək vəzifəyə irəli çəkmiş, Ağsu rayon Komsomol Komitəsinin birinci katibi seçmişlər. Komsomol komitəsinə rəhbərlik etdiyi dövrdə gənclərin təsərrüfatın müxtəlif sahələrində qazandıqları nəaliyyətlərə görə Azərbaycan LKGİMK-nin Keçici Qırmızı bayrağına layiq görmüşdür.
1964-cü ilin dekabr ayında Ağsu rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə irəli çəkilmişdir. Rayon partiya komitəsində xeyli müddət işlədikdən sonra onu 1966-cı ilin fevral ayından etibarən rayonun yeni təşkil olunmuş “Komsomol” kolxozuna sədr vəzifəsinə seçmişlər. Bu vəzifədə 1971-ci ilin fevral ayına kimi işləmişdir. Sədr işlədiyi dövr kolxoz rayonun ən qabaqcıl təsərrüfatlarından olmaqla bir neçə dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuşdur.
C.A. Zeynalov Ədliyyə Nazirliyi nəzdində ixtisasartırma kursu keçərək 1971-1974-cü illərdə Ağsu rayon Kənd Təsərrüfatı idarəsində baş hüquq məsləhətçisi işləmişdir. 1974-1978-ci illərdə Ağsu rayon Sovxozlar birliyinin plan şöbəsinə rəhbərlik edərək həmin təşkilatda baş iqtisadçı vəzifəsində işləmişdir. 1979-1985-ci illərdə o, daha yüksək vəzifəyə məsləhət bilinərək Ağsu rayon Süd Emalı Zavoduna direktor təyin etmişlər. Həmin dövrdə rayonun maldarlıq sahəsi yüksək səviyyədə inkişaf edərək, rayon süd istehsalına görə Azərbaycan KPMK-nin və Nazirlər Sovetinin Keçici Qırmızı bayrağına layiq görmüşdür.
Ömrünün çoxunu öz ixtisası üzrə işləyən Cəmaləddin Zeynalov 1985-1999-cu ilə kimi Ağsu rayon Aqrar Sənaye Birliyində aparıcı mütəxəssis kimi fəaliyyət göstərmişdir. Eyni zamanda 1996-1999-cu ilə kimi Ağsu rayon Aqrar Səanye Birliyi üzrə Yeni Azərbaycan Partiyası ilk təşkilatın sədri olmuş, partiyanın boy sıralarının artırılmasında və yerlərdə bir ictimayyətci kimi YAP ilk təşkilatlarının yaradılmasında xüsusi fəallıq göstərmişdir.
1988-ci ildə Əmək Veteranı fəxri adına layiq görülərək, Əmək Veteranı medalı ilə təltif edilmişdir. 1999-cu ildən yaşa görə təqaüdə çıxmışdır. 2005-ci ildən etibarən dövlət qulluqçusu kimi təqaüd alır. 2008-ci ilin mart ayından rayon müharibə, əmək, silahlı qüvvəllər və hüquq mühafizə orqanları veteranları şürasına sədr məsləhət bilinmiş, Respublika Veteranlar Şurasının 2010-2012-ci illərdəki və 2013-cü il və 2018-ci il tarixli Ağsu rayon İcra Hakimiyyətinin qərarları ilə gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində, veteranların huquqlarının müdafiə olunmasında və rayon veteranlar şürasındakı xüsusi fəalyyətinə görə fəxri fərmanlara layiq görülmüşdür. Ağsu rayon Veteranları Şurasının VI, VII, və VIII, IX konfransları onu yenidən rayon Veteranlar Şurasının sədri seçilmişdir.
Veteranlara göstərilən diqqət və qayğıya görə respublika veteran təşkilatı onu “Veteran həmrəyliyi” medalı ilə təltif etmişdir. Bundan əlavə C.A.Zeynalov gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə əlaqədar onun fəaliyyəti respublika müharibə, əmək silahlı qüvvələr veteran təşkilatı tərəfindən yüksək qiymətləndirilərək 5 sentyabr 2017-ci il tarixli təşkilatın rəyasət heyətinin qərarı ilə O, Həzi Aslanov 100 illik medalı ilə və respublika veteran təşkilatının yubiley medalı ilə təltif edilmişdir. C.A.Zeynalov bir sıra çoxlu fəxri diplomlara layiq görülmüşdür.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 saylı Sərəncamına əsasən “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 100 illik (1918-2018) yubiley medalı ilə” təltif edilmişdir.
C.A.Zeynalov şuraya rəhbərlik etdiyi dövrdə onun fəaliyyətini gücləndirmiş, veteranların dəqiq siyahısı dürüstləşdirilmiş, daimi komissiyaların fəaliyyətinə nəzarət gücləndirilmişdir. Rayon veteran şurası veteranlara daima diqqət və qayğı göstərməklə onlarla daim yaxın təmasda olur, veteranların hüquqlarının qorunması sahəsində, gənclərdə vətəndaşlıq və vətənpərvərlik ruhunun yüksəldilməsində çox işlər görür. Respublika Veteranlar şurası onun fəaliyyətindən yüksək səviyyədə razılıq edir. C.A.Zeynalov ailəlidir. onun 6 övladı hamısı ali təhsillidir. Müxtəlif peşəyə sahibdirlər. C.Zeynalovun 18 nəvəsi və 8 nəfər nəticəsi vardır. Nəvələrdən 7 nəfəri bakalavr və magistr elmi dərəcə almaqla müxtəlif peşə sahibləridir. Nəvələrdən 8 nəfəri ali məktəblərdə təhsil alırlar. Bunlardan 4 nəfəri Türkiyədə Ankara şəhərində Həcət-Təpə və İstanbul Tibb Universitetində təhsil alırlar.
Cəmaləddin Atamalı oğlu Zeynalovun 3 fevral 2020-ci il tarixdə 82 yaşı tamam olur. Onu ad günü münasibətilə yaxınları, dostları təbrik edir, ona uzun ömür möhkəm can sağlığı arzulayırıq.
Ağsu rayon müharibə, əmək və silahlı qüvvələr
veteranları təşkilatının təftiş komissiyasının sədri,
müharibə və hüququ-mühafizə veteranı: VahidAtakişiyev