Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan Prezidenti: “Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”

“Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda Beynəlxalq Maliyyə Mərkəzində bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə deyib.

Orta Dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı bildirib ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün nümayəndə heyətlərinin səfərlərinin önəmini qeyd edib.

Check Also

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin …