Şənbə , 28 Mart 2026
Drone Cameras

Füzulidə silah-sursat aşkar edilib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 5 pulemyot, 5 avtomat, 1 qumbaraatan, 1 Faqot, 1 snayper tüfəngi, 1 əl qumbarası, 3 968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Check Also

Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub

İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən “Mayuree Naree” yük …