Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Gənc çağırışçıların sağlamlığının qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərvəsində olan görüşlərə Nərimanov rayonunda yerləşən 39 saylı orta məktəbdə start verib. Keçirilən tədbirdə birliyin sədri Emin Həsənli çıxış edib. O, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində aparılan işlərdən danışaraq, gənclərimizin torpaqlarımızın müsafiəsi istiqamətində hər an mübarizəyə hazır olduğunu bildirib. Birliyin layihə çərçivəsində işləri davam edəcək.
Check Also
SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək
Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …
Boyukmillet.com Biz yanmasaq vətən yanar