Cümə , 27 Noyabr 2026
Drone Cameras

DSMF-nin növbəti il üçün gəlir və xərcləri AÇIQLANDI

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 9 220 500 000,0 manat proqnozlaşdırılıb.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərcləri 9 272 540 000,0 manat məbləğində olacaq.

Dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə 52 040 000,0 manat yönəldiləcək.

Check Also

Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq

Qaz İxrac İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 27-də saat 09:00-dan işlər başa …