Çərşənbə axşamı , 3 Noyabr 2026
Drone Cameras

Kombi və qızdırıcılara görə swrt qaydalar gəlir – VİDEO

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin diqqətinə, noyabrın 6-dan etibarən təhlükəsizliyə dair yeni tələblər tətbiq olunacaq.

Boyukmillet.com xəbər verir ki, yeni tələbə əsasən, tüstü bacası və ya sorucu avadanlığı olmayan isidici və suqızdırıcılarda xüsusi sensordan istifadə məcburi olur.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, bəzi təməl təhlükəsizlik qaydaları – məsələn, qaz xətlərinin hermetik olması, yanmamış qazın yığılmasının qarşısının alınması və yanma məhsullarının məkana sızmaması tələbləri əvvəllər də var idi. Lakin yeni reqlamentlə bu qaydalar hüquqi və texniki baxımdan məcburi standart şəklinə salınır və istehsalçılar, idxalçılar, eləcə də xidmət göstərən qurumlar üçün sərt öhdəliklər müəyyən edilir.

 Noyabrın 6-dan etibarən bazara çıxarılan, idxal olunan və ya quraşdırılan hər bir qaz cihazı da yalnız bu yüksək təhlükəsizlik standartlarına cavab verdiyi halda istismara buraxılacaq. Bu standartların tətbiqi, ilk növbədə, evdə baş verə biləcək bədbəxt hadisələrin və dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün həyata keçirilir.

Boyukmillet.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Check Also

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) …