Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Bakıda Kino Forumu davam edir

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumunun ikinci günü öz işinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edirlər.

Forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər müzakirə olunur.

Qeyd edək ki, forum bu gün “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” adlı 3-cü və “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” adlı 4-cü panelləri ilə işini davam etdirəcək. Kino sahəsində normativ- hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayenin kino sənayesinə cəlb olunması prinsipləri mövzularına toxunulacaq.

Check Also

Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik …