İsveç Rusiyanın 5 diplomatını “persona-non-qrata” elan edib.
Boyukmillet.com xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Bilström yerli “SVT Nyheter” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya diplomatları statuslarına uyğun fəaliyyət göstərməyib: “Diplomatlar kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar”.
T.Bilström deyib ki, Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev Xarici İşlər Nazirliyinə çağırılıb və ondan 5 diplomatın fəaliyyətinin Vyana Konvensiyasına uyğun gəlmədiyi üçün ölkəni tərk etməsi tələb olunub.
V.Tatarintsev məsələyə münasibət bildirmək istəməyib.
Sonuncu dəfə İsveç ötən ilin aprelində Moskvanın 3 diplomatını Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilərək “persona-non-qrata” elan etmişdi.