“Allah ömür, millətimiz səlahiyyət versə, Türkiyənin yaradılmasının 100-cü ildönümündə layiq olduğumuz mövqeyə çatacağıq”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciətində bildirib.
Onun sözlərinə görə, əvvəllər bu ölkədə insanların ilk xəyalı bir ev tapmaq idi: “Biz gənclərimizin və bütün insanlarımızın ev xəyalını gerçəyə çevirdik. Türkiyədə 21 il ərzində 10,5 milyon mənzil inşa etdik. Bu gün ev sahibi olmaq istəyən gənclərimizi xəyallarına qovuşduran bizik. Ölkədə “İlk evim, ilk sahəm” kampaniyası çərçivəsində öz evinə sahib olmaq xəyalına qovuşmamış heç kimsə qalmadı”.
Ərdoğan deyib ki, artıq Türkiyədə hər kəsin avtomobil əldə etməsi də çətin məsələ deyil: “İndi “Togg”la bu məsələ daha da asandır”.
Türkiyə lideri vurğulayıb ki, əvvəllər ölkədə ali məktəblərə qəbul imtahanında iştirak edən hər on uşaqdan yalnız biri universitetə girə bilirdi: “Bu gün isə tələbələrimiz istədikəri universitetə, istədikləri fakültəyə qəbul ola bilirlər. Əvvəlki Türkiyədə iş tapmaq da o qədər asan deyildi. Son 20 ildə məşğulluq 11,5 milyon nəfər artıb. Onlarla problemə, hücuma, hiyləyə və maneəyə baxmayaraq, bu mövqeyə çata bildik”.