“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Moskvada da görüş keçiriləcək”.
Boyukmillet.com xəbər verir ki, bunu hakim “Mülki müqavilə” parlament fraksiyasının deputatı, Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın başçısı Arman Yeqoyan bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda keçirilən görüş buna mane olmur: “Bəli, Moskvada görüşün keçirilməsinə dair ilkin razılaşma var”.
Deputat deyib ki, Vaşinqtonda davam edən görüşdə geniş spektri əhatə edən məsələlər müzakirə olunur.
A.Yeqoyan vurğulayıb ki, Vaşinqtonda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqqında Razılaşmanın imzalanması planlaşdırılır.