Bazar , 6 Aprel 2025
Drone Cameras

Qanunsuz erməni silahlı dəstələrinin Şuşa və Xocavənddə təminat yolu çəkməsinin qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Check Also

Emin Həsənli:Aprel döyüşləri cəmiyyətin vətənpərvərlik ruhunu gücləndirdi

Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixində özünəməxsus yer …