“Hazırda ölkədə gənclərə olan diqqət, münasibət, onların potensialını açmaq üçün müxtəlif layihələr və imkanlar mövcuddur”.
Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
DİM sədrinin sözlərinə görə, insanın həyatını müəyyənləşdirən iki məqam var. Bunlardan biri istəmək, digəri isə bacarmaqdır:
“Həmin feilləri də birləşdirən düstur var. Düsturun arxasında da əmək və bilik dayanır. Hər ikisi insanda varsa, o, istədiyini bacaracaq. Çünki yalnız istəmək insanı yandırıb məhv edə bilər. Yalnız bacarmaq da insanı məhv edə bilər. Bacarıb nəyisə dağıtmaq da olar. Lakin istəmək və bacarmaq, lazımi düsturu hər kəs özü üçün müəyyən edir, əlaqələrini qurur. Düsturu düzgün tapmaq isə bilik və elmlə bağlıdır”.