Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nigerin devrilən Prezidenti ABŞ və beynəlxalq ictimaiyyətə çağırış edib

Nigerin hərbi yolla devrilən Prezidenti Məhəmməd Bazum ABŞ və beynəlxalq ictimaiyyətdən kömək istəyib.

Boyukmillet.com xəbər verir ki, məlumatı “France24” TV yayıb.

O, ünvanladığı müraciətində hazırda girovda olduğunu və köməyə ehtiyacının yarandığını söyləyib.

“The Washington Post” qəzetində dərc olunan məqalədə M.Bazum ABŞ və beynəlxalq ictimaiyyəti Nigerin konstitusiyasının bərpasına yardım etməyə çağırıb.

Demokratik yolla ölkə rəhbəri seçildiyini deyən M.Bazum xatırladıb ki, bu, Mərkəzi və Qərbi Afrikada son 3 ildə 7-ci hakimiyyət çevrilişidir.

O, hərbi çevrilişin reallaşacağı təqdirdə bunun Niger, region və bütün dünya üçün dağıdıcı nəticəsi olacağını bildirib. M.Bazum hakimiyyətə qarşı bir qrup hərbçinin çevrilişinin heç bir əsasının olmadığını vurğulayıb.

M.Bazumun hazırda Nigerin paytaxtı Niamedəki Prezident sarayında olduğu bildirilib.

Qeyd edək ki, Nigerdəki hərbi rejim Fransa ilə hərbi müqaviləni ləğv edib. Həmin müqaviləyə əsasən, Fransa hərbçiləri terrorçu qruplara qarşı mübarizədə Niger hakimiyyətinə yardım edirdi.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …