Cümə axşamı , 9 May 2024
Drone Cameras

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin statistikası açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə son iki ildə vakant yerlərə yerləşdirilməyə dair müqayisəli statistika açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, ötən il vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunan bütün vakansiyalar namizədlər tərəfindən tutulub.

Məlumata görə, Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.

Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …