Bazar ertəsi , 20 May 2024
Drone Cameras

KİV: “Erməni biznesmenlərinə hakim partiyaya vəsait toplamaq tapşırılıb”

Ermənistanda iri bizneslə məşğul olan sahibkarlara hakim “Vətəndaş müqaviləsi” Partiyasının xeyrinə vəsait toplanmasında iştirak etmək tapşırılıb.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumatı “Joxovurd” qəzeti yazıb.

Qeyd edilib ki, təxminən minə yaxın iş adamı hakim partiyanın xeyrinə 1,3 milyon dollar ödəniş həyata keçirib.

Vəsait toplanışında iştirak edən sahibkarlar arasında “Art Lunch”ın təsisçisi Bakur Melkonyan, “Yeremyan Projects”in baş direktoru David Yeremyan, “Vivaro”nun təsisçiləri Vahe və Vigen Badalyan və başqaları var.

Qeyd edək ki, iyulun 31-də İrəvan Ağsaqqallar Şurasına seçkilər ərəfəsində Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasının pul toplama gecəsi keçirilib.

İanə gecəsində Baş nazir Nikol Paşinyan da çıxış edib. Erməni mediasının məlumatına görə, ianə gecəsində hakim partiyanın bir sıra funksionerləri və erməni siyasi elitasının əsas üzvləri də iştirak edib.

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …