Cümə , 30 Yanvar 2026
Drone Cameras

Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq

Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi 6 məhəllədən – 33 binadan ibarət olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib.

Məlumata görə, binalar 4-5 mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin 2-3 otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulub.

Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşdırılması nəzərdə tutulur.

Check Also

Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq

Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin …