Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Şəkidə 4-ü avtomat olmaqla 31 odlu silah müəyyən olunaraq götürülüb

əki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 25 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri və aparılan profilaktiki tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraq saxladıqları ümumilikdə 31 odlu silah aşkar olunaraq götürülüb.

Boyukmillet.com xəbər verir ki, həmin 31 odlu silahdan 4-ü “Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı ov tüfəngləri olub.

2023-cü il ərzində isə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş əməliyyat və profilaktiki tədbirlər nəticəsində 6-sı avtomat, 5-i tapança, 8-i yivli “TOZ” , 70-i isə müxtəlif markalı yivsiz tüfənglər olmaqla ümumilikdə 85 odlu silah müəyyən edilərək götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə şöbə əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …