Ukrayna ordusu Krım yarımadasına növbəti dəfə hücum edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Krım yarımadasına doğru hərəkət edən Ukraynaya məxsus 4 pilotsuz kater Qara dənizdə aşkar edilərək məhv olunub.
Hücum cəhdinin nəticələri və təfərrüatları hələ ki məlum deyil.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundna əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.