Bazar , 4 May 2025
Drone Cameras

Qobustanda xeyli sayda silah-sursat aşkar edilib

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Boyukmillet.com xəbər verir ki, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 2 ədəd yivli “TOZ”, 3 ədəd müxtəlif markalı ov tüfəngi, 1 ədəd əl qumbarası, fişəng atan tapança və 16-sı “Makarov” tapançasına məxsus olmaqla ümumilikdə 47 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Check Also

Abşeronda əməliyyat keçirilib, axtarışda olan 10 nəfər saxlanılıb

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 3 fakt aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, …