Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Goranboyda vətəndaşlarda odlu silah aşkarlanıb 

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər vətəndaşdan müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən müvafiq profilaktiki tədbirləri nəticəsində rayonun Kəpənəkçi kənd sakini müvafiq sənədləri olmayan, ov silahını polisə könüllü təhvil verib

Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …