Cümə , 27 Dekabr 2024
Drone Cameras

1000-ə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib

Sağlamlıq imkanları məhdud olan 1000-ə qədər gənc peşə hazırlığı kurslarına qəbul edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Nazir qeyd edib ki, iqtisadiyyatın tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsilin təşkili ən önəmli aktiv məşğulluq tədbirlərindən biridir: “Nazirlik tərəfindən 2013-2015-ci illərdə 12,3 min nəfər, cari ilin 10 ayında əlavə olaraq 3 242 nəfər vətəndaş əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əlilliyi olan insanların da əmək bazarına çıxış imkanlarının artırılması üçün onların peşə reabilitasiyası tədbirləri davam etdirilir. Prezident cənab İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin 01 dekabr tarixinədək 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Onlar burada təlim kursunda olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin ediliblər”.

S.Müslümov bildirib ki, gözdən əlil insanların peşə və ümumən sosial reabilitasiyasının daha dolğun şəkildə həyata keçirilməsi üçün Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir