Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistan Konstitusiya Məhkəməsi parlament müxalifətinin iddialarına baxmaqdan imtina edir

Ermənistan Konstitusiya Məhkəməsi parlamentdəki müxalif qrupların müraciətlərinə baxılmaması üçün əlindən gələni edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Qeyd edilib ki, söhbət müxalifətin parlamentin komissiyalarına rəhbər vəzifəsinə namizəd irəli sürmək hüququndan gedir: “Müxalifətin daimi komissiyalara rəhbərlik etmək hüququnun olmasına baxmayaraq, qərar verən parlament çoxluğudur. Məhz onlar müxalifətdən kimin və hansı posta təyin ediləcəyini müəyyən edir”.

Artıq bir ildən çoxdur ki, müxalifət konstitusiya məhkəməsi qarşısında iddia qaldırsa da, dekabrın 12-də əlavə araşdırmaya ehtiyac olduğu bildirilərək, məsələyə bir daha baxılmayıb.

Qeyd edilib ki, konstitusiya məhkəməsinin növbəti iclası dekabrın 19-na təyin edilib.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …