Cümə , 3 May 2024
Drone Cameras

İlqar İsbatov: Ələt qəsəbəsi 200 min nəfərlik şəhərə çevriləcək

Ələt qəsəbəsi 200 min nəfərlik şəhərə çevriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, urbanizasiya prosesi bütün dünyada, o cümlədən Azərbaycanda da gedir. “Bütün dünyada olduğu kimi, biz də bununla bağlı müvafiq tənzimləmə işləri aparmışıq, əhalinin yalnız Bakıda cəmlənməməsi üçün yeni şəhərlər yaratmağı planlaşdırırıq”, – deyən İlqar İsbatov Ələtin perspektivlərindən, orada yaradılan Azad Ticarət Zonasından danışıb.

İlqar İsbatovun sözlərinə görə, Bakının bütün inzibati ərazisinin (ətraf 55 qəsəbəsi daxil olmaqla) Baş Planı hazırlanıb. Plana görə, Bakıda əhalinin sayının 2035-ci ilə qədər 4 milyon nəfərə çatacağı gözlənilir. Bu plana görə şəhər əhalisinin Ələt qəsəbəsindən Pirallahıya qədər yerləşməsi, onların məşğulluğu, istirahət məkanları və s. öz əksini tapıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir