Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Gələn ildən fiziki şəxslərə kirayə gəlirlərinin vergiyə cəlb edilməsi zamanı xərclərin nəzərə alınması imkanı yaradılacaq.

Boyukmillet.com xəbər verir ki, bu yenilik Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketində öz əksini tapıb.

Dəyişikliklərə əsasən, yaşayış və ya digər əmlakını icarəyə təqdim edən fiziki şəxs vergi uçotuna daxil olaraq bəyannamə verməklə, həmin fəaliyyətlə bağlı çəkdiyi xərcləri əldə etdiyi gəlirdən çıxmaq və Vergi Məcəlləsinin 101.3-cü maddəsində müəyyən edilmiş dərəcə əsasında gəlir vergisi ödəmək hüququ əldə edəcək.

Bu imkandan yararlanmaq istəyən fiziki şəxs vergi orqanına və icarəçiyə müvafiq formada məlumat təqdim etməlidir. Məlumatın vergi orqanına verildiyi aydan sonrakı aydan başlayaraq həmin şəxsin icarə gəlirlərindən ödəmə mənbəyində vergi tutulması dayandırılacaq.

Vergi ilinin sonunda gəlir vergisinin hesablanması zamanı fiziki şəxsin il ərzində qazandığı gəlirlər və çəkdiyi xərclər nəzərə alınacaq. Əvvəlki dövrlərdə ödəmə mənbəyində tutulmuş vergilər isə hesablanmış illik gəlir vergisi məbləğindən çıxılacaq. Həmin vergilərin məbləği cari il ərzində tam nəzərə alınmadığı halda, qalan hissə sonrakı illərin vergi öhdəliklərinin azaldılmasına yönəldiləcək.

Bu sənəd 2027-ci ilin büdcə zərfinə daxil edilib.

Qeyd edək ki, Azərbaycanda bu ildən yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin 14 %-dən 10 %-ə endirilib. Mehmanxana və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vəsaitləri istisna təşkil edir. Kirayə haqqı vergi ödəyicisi qismində uçotda olmayan fiziki şəxs tərəfindən ödənildiyi təqdirdə, kirayəyə verən şəxs özü və ya onun təyin etdiyi vergi agenti vasitəsilə müvafiq qaydada vergini ödəyəcək.

Check Also

Orta aylıq pensiya gələn il 45 manat artacaq

2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 639 manat təşkil edəcəyi proqnozlaşdırılır. Boyukmillet.com xəbər verir …