Cümə axşamı , 26 Noyabr 2026
Drone Cameras

Orta aylıq pensiya gələn il 45 manat artacaq

2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 639 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bu, “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, orta aylıq pensiya məbləği 2026-cı ildə gözlənilən 594,4 manatla müqayisədə təxminən 7,5 faiz artacaq.

Proqnozlara görə, 2027-ci ildə Azərbaycanda əmək pensiyaçılarının ümumi sayının 1 milyon 103,32 min nəfər olacağı gözlənilir.

Onlardan 718,39 min nəfərinin yaşa görə, 246,28 min nəfərinin əlilliyə görə, 138,65 min nəfərinin isə ailə başçısını itirməyə görə pensiya alacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2027-ci il üzrə pensiya xərclərinin 8 milyard 669,43 milyon manat olacağı nəzərdə tutulub.

Check Also

Bakı sakininin övladları internat məktəbindən niyə çıxarılır? – ŞİKAYƏT və RƏSMİ CAVAB

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini Əzizov Vidadi Niyətulla oğlu övladlarının təhsil aldıqları məktəbdən …