Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya XİN: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində perspektiv görürük”

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması perspektivini bu üç ölkənin liderlərinin imzaladığı üçtərəfli bəyanatlar çərçivəsində görür.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, rəsmi Moskva Cənubi Qafqaz regionunun rifahında maraqlıdır.

“Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində də ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda münaqişə vəziyyətinin aradan qalxmasında və bu regionun zəngin potensialından istifadə edilməsində maraqlıyıq. Bunu digər məsələlərlə yanaşı, “3+3” məsləhətçi regional platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi asanlaşdıra bilər”, – M.Zaxarova vurğulayıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …