Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanda polislərin 40%-i IQ testdən keçə bilməyib

Ermənistanda polis əməkdaşlarının təxminən 40%-i ümumi bölmə test mərhələsindən keçə bilməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçib.

Attestasiya 4 mərhələdən ibarətdir: Ümumi biliyin elektron testi (polis özü bunu “IQ test” adlandırır), iki mərhələli zaçot (fiziki və atəş hazırlığının yoxlanılması), peşəkar bacarıqların yoxlanılması (elektron), müsahibə – vəzifəli polis məmurlarının və yüksək rütbəli polis qrupları üçün.

Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ümumi biliklərin yoxlanılması mərhələsində 454 nəfər, bədən tərbiyəsi üzrə 192, atəş hazırlığı üzrə 279, peşə səriştəsi üzrə isə 8 nəfər imtahandan keçə bilməyib.

Qeyd edək ki, “IQ testi” iki alt bölmədən – ümumi inkişaf və peşəkar bacarıqlardan ibarətdir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …