Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“Türkmengaz” və ADNOC “Qalkınış” yatağının işlənməsi üzrə anlaşma memorandumu imzalayıb

Türkmənistanın dövlət qaz konserni “Türkmengaz” və Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) Türkmənistanın ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sənəd Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun BƏƏ-yə səfərinin yekunları üzrə imzalanıb.

Rəsmi “Neytral Türkmənistan” qəzetinin məlumatına görə, memorandum tərəflərin “Qalkınış” yatağının üçüncü mərhələsinin işlənməsi üçün strateji tərəfdaşlar cəlb etmək niyyətini və onların region ölkələrinə və digər dövlətlərə təbii qazın tədarükü üçün nəzərdə tutulan qaz kəməri infrastrukturunun tikintisi üçün enerji layihələrinin həyata keçirilməsində mümkün iştirakını nəzərdə tutur.

Bu şirkətlər daha bir memorandum imzalayıblar və ona əsasən atmosferə metan tullantılarının azaldılması sahəsində elmi-texniki və iqtisadi qarşılıqlı faydalı əməkdaşlığın potensial imkanlarını öyrənəcəklər.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …