Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İranda 4 nəfər edam olunub

İranda 4 nəfər barəsində çıxarılan ölüm hökmü səhər saatlarında icra olunub.

Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham olunublar.

Məlumata görə, Tehran hakimiyyəti bu hücumda İsraili qınayıb, 4 nəfəri də Mossadla əlaqədar mühakimə edib.

Edam olunanlar bunlardır: qruplaşmanın başçısı Məhəmməd Fəramərzi, Möhsün Mazlum, Vəfa Azərbar (İranda fəaliyyət göstərən “Komilə” hərbi-siyasi qruplaşmasının üzvü), Peyman Fatehi.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …