Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Ordusunda andiçmə mərasimləri virusa yoluxmaya görə qapalı keçiriləcək

Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

Məlum olduğu kimi, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır. Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı, yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur.

Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını almaq məqsədilə hərbi hissələrdə mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür.

Görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

Vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …