Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ümid Partiyası Konstitusiyaya bu dəyişiklikləri TƏKLİF EDİR

İqbal Ağazadə: “Bəziləri yeni dönəmin təkcə iqtidar tərəfindən başladıla biləcəyi qənaətindədir”

𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 Ü𝐦𝐢𝐝 𝐏𝐚𝐫𝐭𝐢𝐲𝐚𝐬ı 𝟕 𝐟𝐞𝐯𝐫𝐚𝐥 seç𝐤𝐢𝐥ə𝐫𝐢𝐧𝐝ə𝐧 𝐬𝐨𝐧𝐫𝐚 𝐲𝐞𝐧𝐢 𝐝ö𝐧ə𝐦𝐢𝐧 𝐛𝐚𝐬𝐥𝐚𝐧𝐝ı𝐠ı 𝐢𝐥ə 𝐛𝐚𝐠lı 𝐨𝐳 𝐦𝐨𝐯𝐪𝐞𝐲𝐢𝐧𝐢 𝐢𝐟𝐚𝐝ə 𝐞𝐭𝐦𝐢𝐬𝐝𝐢.

Təəssüf ki, bəziləri yeni dönəmin təkcə iqtidar tərəfindən başladıla biləcəyi qənaətindədirlər.

Təbii ki, əsas yük iqtidarın üzərindədir. Lakin biz həm də qeyd etmişdik ki, siyasi institutlar da proqram partiyasına çevrilməlidirlər. Vətəndaş partiyaların onların həyatında nəyi necə dəyişə biləcəyini aydın görməlidirlər.

Ümid Partiyası ardıcıllıqla öz proqramının sahələr üzrə qısa xülasəsini təqdim etməyə başlayıb.

Ə𝐯𝐯ə𝐥𝐜ə 𝐓Ə𝐇𝐒𝐈𝐋 𝐡𝐚𝐪𝐪ı𝐧𝐝𝐚 𝐩𝐫𝐨𝐪𝐫𝐚𝐦ı𝐦ı𝐳ı𝐧 𝐪ı𝐬𝐚 𝐱𝐮𝐥𝐚𝐬ə𝐬𝐢𝐧𝐢 𝐢𝐜𝐭𝐢𝐦𝐚𝐢 𝐦𝐮𝐳𝐚𝐤𝐢𝐫ə𝐲ə 𝐭ə𝐪𝐝𝐢𝐦 𝐞𝐭𝐝𝐢𝐤.

İndi 𝐊𝐎𝐍𝐒𝐓𝐈𝐓𝐔𝐒𝐈𝐘𝐀𝐘𝐀 əlavə və dəyişiklikləri təqdim edirik. İnanmaq istəyirik ki, ictimai müzakirədə hər kəs iştirak edəcək.

𝐁𝐢𝐳 𝐏𝐑𝐎𝐐𝐑𝐀𝐌 𝐏𝐀𝐑𝐓𝐈𝐘𝐀𝐒𝐈𝐘𝐈𝐐, hakimiyyətə gəlişimiz seçicidən, vətəndaşdan asılıdır. Vətəndaş da bizim bütün sahələr üzrə proqramımızla tanış olmalı, seçimini buna görə etməlidir.
Hamınızın rəyi və düşüncəsi bizim üçün önəmlidir.

𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐔𝐌𝐈𝐃 𝐏𝐀𝐑𝐓𝐈𝐘𝐀𝐒𝐈𝐍𝐈𝐍 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈𝐊𝐀𝐒𝐈𝐍𝐈𝐍 𝐊𝐎𝐍𝐒𝐓𝐈𝐓𝐔𝐒𝐈𝐘𝐀𝐒𝐈𝐍𝐀 Ə𝐋𝐀𝐕Ə 𝐕Ə 𝐃Ə𝐘𝐈𝐒𝐊𝐋𝐈𝐊 𝐄𝐃𝐈𝐋𝐌Ə𝐒𝐈 𝐈𝐋Ə 𝐁𝐀𝐆𝐋𝐈 𝐓Ə𝐊𝐋𝐈𝐅𝐋Ə𝐑𝐈

𝐌𝐀𝐃𝐃Ə 𝟐𝟏. 𝐃𝐎𝐕𝐋Ə𝐓 𝐃𝐈𝐋𝐈

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Ə𝐥𝐚𝐯ə:
I. Azərbaycan Respublikasının dövlət dili 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐭𝐮𝐫𝐤 𝐝𝐢𝐥𝐢𝐝𝐢𝐫. Azərbaycan Respublikası Azərbaycan türk dilinin inkişafını təmin edir.
III. Hər bir Azərbaycan vətəndaşı dövlət dilini bilməlidir.

𝐌𝐀𝐃𝐃Ə 𝟐𝟕. 𝐘𝐀𝐒𝐀𝐌𝐀𝐐 𝐇𝐔𝐐𝐔𝐐𝐔

I. Hər kəsin yaşamaq hüququ vardır.
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.

𝐃ə𝐲𝐢𝐬𝐢𝐤𝐥𝐢𝐤
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
𝘐𝘐𝘐. 𝘔𝘶̈𝘴𝘵ə𝘴𝘯𝘢 𝘤ə𝘻𝘢 𝘵ə𝘥𝘣𝘪𝘳𝘪 𝘬𝘪𝘮𝘪 𝘰̈𝘭𝘶̈𝘮 𝘤ə𝘻𝘢𝘴ı, 𝘵𝘢𝘮 𝘭ə𝘨̆𝘷 𝘦𝘥𝘪𝘭ə𝘯ə𝘥ə𝘬, 𝘺𝘢𝘭𝘯ı𝘻 𝘥𝘰̈𝘷𝘭ə𝘵ə, 𝘪𝘯𝘴𝘢𝘯 𝘩ə𝘺𝘢𝘵ı𝘯𝘢 𝘷ə 𝘴𝘢𝘨̆𝘭𝘢𝘮𝘭ı𝘨̆ı𝘯𝘢 𝘲𝘢𝘳𝘴̧ı 𝘹𝘶̈𝘴𝘶𝘴𝘪𝘭ə 𝘢𝘨̆ı𝘳 𝘤𝘪𝘯𝘢𝘺ə𝘵𝘭ə𝘳ə 𝘨𝘰̈𝘳ə 𝘲𝘢𝘯𝘶𝘯𝘭𝘢 𝘮𝘶̈ə𝘺𝘺ə𝘯 𝘦𝘥𝘪𝘭ə 𝘣𝘪𝘭ə𝘳. – 𝘓Ə𝘎̆𝘝 𝘖𝘓𝘜𝘕𝘜𝘙

𝐌𝐀𝐃𝐃Ə 𝟐𝟗. 𝐌𝐔𝐋𝐊𝐈𝐘𝐘Ə𝐓 𝐇𝐔𝐐𝐔𝐐𝐔

I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
VII. Dövlət vərəsəlik hüququna təminat verir

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤
𝑉. 𝑋𝑢̈𝑠𝑢𝑠𝑖 𝑚𝑢̈𝑙𝑘𝑖𝑦𝑦ə𝑡 𝑠𝑜𝑠𝑖𝑎𝑙 𝑜̈ℎ𝑑ə𝑙𝑖𝑘𝑙ə𝑟ə 𝑠ə𝑏ə𝑏 𝑜𝑙𝑢𝑟 – 𝐿Ə𝐺̆𝑉 𝑂𝐿𝑈𝑁𝑈𝑅
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. – Ləğv olunur

𝐌𝐀𝐃𝐃Ə 𝟑𝟖. 𝐒𝐎𝐒𝐈𝐀𝐋 𝐓Ə𝐌𝐈𝐍𝐀𝐓 𝐇𝐔𝐐𝐔𝐐𝐔

I. Hər kəsin sosial təminat hüququ vardır.
II. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

Ə𝐥𝐚𝐯ə:
VI. Dövlət hərbi və vəzifə borclarıını yerinə yetirərkən şəhid olmuş vətəndaşların arvadı və uşaqlarına, əlillərə sahib çıxır, onların layiqli həyat şəraiti yaşamasını təmin edir.
VII. Dövlət anadan şikəst doğulan və iş qabiliyyəti olmayanların saxlanılmasına və cəmiyyətə inteqrasiyasına şərait yaradır.
VIII. Yaşlılar, qocalar dövlət tərəfindən qorunur. Bu məqsədlə təşkilat və fondlar qurur və ya qurdurur.
IX. Dövlət valideynlərinin hər ikisini itirmiş uşaqların cəmiyyətə inteqrasiyasına məsuliyyət daşıyır.

𝐌𝐀𝐃𝐃Ə 𝟒𝟐. 𝐓Ə𝐇𝐒𝐈𝐋 𝐇𝐔𝐐𝐔𝐐𝐔

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤 𝐯ə ə𝐥𝐚𝐯ə:
II. Hər bir vətəndaşın ümumi orta təhsil almaq hüququ məcburidir, pulsuzdur və dövlət tərəfindən təmin edilir.
III. Hər bir vətəndaş ölkənin ali məktəblərində 1 dəfə pulsuz təhsil almaq hüququna malikdir.

𝐌𝐀𝐃𝐃Ə 𝟓𝟔. 𝐒𝐄𝐂𝐊𝐈 𝐇𝐔𝐐𝐔𝐐𝐔

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Ə𝐥𝐚𝐯ə
IV. Əsgəri xidmətdə olanların, hərbi müdavimlərin, yaşayış yeri sabit olmayan müddətli hərbi xidmətçilərin, cəzaçəkmə yerlərində cəza çəkən məhkum edilmişlərin və cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilənlərin bələdiyyə və parlament seçkilərində seçmək hüquqları məhdudlaşdırılır.

𝐌𝐀𝐃𝐃Ə 𝟔𝟖. 𝐎̈𝐙𝐁𝐀𝐒̧𝐈𝐍𝐀𝐋𝐈𝐐𝐃𝐀𝐍 𝐌𝐔̈𝐃𝐀𝐅𝐈̇Ə 𝐕Ə 𝐕𝐈̇𝐂𝐃𝐀𝐍𝐋𝐈 𝐃𝐀𝐕𝐑𝐀𝐍𝐈𝐒̧ 𝐇𝐔̈𝐐𝐔𝐐𝐔

I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
II. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
III. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤
IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki və 𝐂𝐈̇𝐍𝐀𝐘Ə𝐓 məsuliyyəti daşıyır.

𝐌𝐀𝐃𝐃Ə 𝟖𝟏. 𝐐𝐀𝐍𝐔𝐍𝐕𝐄𝐑𝐈̇𝐂𝐈̇𝐋𝐈̇𝐊 𝐇𝐀𝐊𝐈̇𝐌𝐈̇𝐘𝐘Ə𝐓𝐈̇𝐍𝐈̇𝐍 𝐇Ə𝐘𝐀𝐓𝐀 𝐊𝐄𝐂̧𝐈̇𝐑𝐈̇𝐋𝐌Ə𝐒𝐈̇

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

Ə𝐥𝐚𝐯ə:
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları seçildikləri dairəni və seçiciləri deyil, xalqı təmsil edirlər.
V. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məclisin ilk iş günüdə aşağıdakı şəkildə and içirlər:
“Azərbaycan Respublikasının deputatı səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin və xalqın maraqlarını qoruyacağıma, seçicilərə ləyaqətlə xidmət edəcəyimə and içirəm”

𝐌𝐀𝐃𝐃Ə 𝟖𝟐. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐌𝐈̇𝐋𝐋𝐈̇ 𝐌Ə𝐂𝐋𝐈̇𝐒𝐈̇𝐍𝐈̇𝐍 𝐒𝐀𝐘 𝐓Ə𝐑𝐊𝐈̇𝐁𝐈̇

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤:
Azərbaycan Respublikasının Milli Məclisi 151 deputatdan ibarətdir.

𝐌𝐀𝐃𝐃Ə 𝟖𝟑. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐌𝐈̇𝐋𝐋𝐈̇ 𝐌Ə𝐂𝐋𝐈̇𝐒𝐈̇ 𝐃𝐄𝐏𝐔𝐓𝐀𝐓𝐋𝐀𝐑𝐈𝐍𝐈𝐍 𝐒𝐄𝐂̧𝐊𝐈̇𝐋Ə𝐑𝐈̇𝐍𝐈̇𝐍 Ə𝐒𝐀𝐒𝐋𝐀𝐑𝐈

Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤:
Azərbaycan Respublikası Milli Məclisinin deputatları MAJORİTAR və PROPORSİONAL seçki sistemləri, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

𝐌𝐀𝐃𝐃Ə 𝟖𝟓. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐌𝐈̇𝐋𝐋𝐈̇ 𝐌Ə𝐂𝐋𝐈̇𝐒𝐈̇𝐍𝐈̇𝐍 𝐃𝐄𝐏𝐔𝐓𝐀𝐓𝐋𝐈𝐆̆𝐈𝐍𝐀 𝐍𝐀𝐌𝐈̇𝐙Ə𝐃𝐋Ə𝐑Ə 𝐀𝐈̇𝐃 𝐓Ə𝐋Ə𝐁𝐋Ə𝐑

I. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤:
III. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik, seçki günü 25 yaşı tamam olan, ali təhsilli, başqa ölkələr qarşısında öhdəliyi olmayan hər bir Azərbaycan vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

𝐌𝐀𝐃𝐃Ə 𝟖𝟕. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐌𝐈̇𝐋𝐋𝐈̇ 𝐌Ə𝐂𝐋𝐈̇𝐒𝐈̇ 𝐃𝐄𝐏𝐔𝐓𝐀𝐓𝐋𝐀𝐑𝐈𝐍𝐈𝐍 𝐒Ə𝐋𝐀𝐇𝐈̇𝐘𝐘Ə𝐓𝐈̇𝐍𝐈̇𝐍 𝐁𝐈̇𝐓𝐌Ə𝐒𝐈̇

I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.
III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤:
II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların və boş qalan yerlərə seçkilər 90 gün müddətində keçirilir, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

𝐌𝐀𝐃𝐃Ə 𝟖𝟗. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐌𝐈̇𝐋𝐋𝐈̇ 𝐌Ə𝐂𝐋𝐈̇𝐒𝐈̇ 𝐃𝐄𝐏𝐔𝐓𝐀𝐓𝐋𝐈𝐆̆𝐈𝐍𝐃𝐀𝐍 𝐌Ə𝐇𝐑𝐔𝐌𝐄𝐓𝐌Ə 𝐕Ə 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐌𝐈̇𝐋𝐋𝐈̇ 𝐌Ə𝐂𝐋𝐈̇𝐒𝐈̇𝐍𝐈̇𝐍 𝐒Ə𝐋𝐀𝐇𝐈̇𝐘𝐘Ə𝐓𝐋Ə𝐑𝐈̇𝐍𝐈̇𝐍 𝐈̇𝐓𝐈̇𝐑𝐈̇𝐋𝐌Ə𝐒𝐈̇

I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤:
6) 𝑏𝑢 𝐾𝑜𝑛𝑠𝑡𝑖𝑡𝑢𝑠𝑖𝑦𝑎𝑛ı𝑛 93-𝑐𝑢̈ 𝑚𝑎𝑑𝑑ə𝑠𝑖𝑛𝑖𝑛 𝐼𝐼𝐼 ℎ𝑖𝑠𝑠ə𝑠𝑖𝑛𝑖𝑛 𝑡ə𝑙ə𝑏𝑖𝑛𝑖 𝑝𝑜𝑧𝑑𝑢𝑞𝑑𝑎; – 𝐶̧𝐼𝑋𝐴𝑅𝐼𝐿𝐼𝑅
7) 𝑑𝑒𝑝𝑢𝑡𝑎𝑡 𝑢̈𝑐̧𝑢̈𝑛 𝑞𝑎𝑛𝑢𝑛𝑙𝑎 𝑚𝑢̈ə𝑦𝑦ə𝑛 𝑒𝑑𝑖𝑙𝑚𝑖𝑠̧ 𝑒𝑡𝑖𝑘 𝑑𝑎𝑣𝑟𝑎𝑛ı𝑠̧ 𝑞𝑎𝑦𝑑𝑎𝑙𝑎𝑟ı𝑛ı 𝑘𝑜𝑏𝑢𝑑 𝑠𝑢𝑟ə𝑡𝑑ə 𝑝𝑜𝑧𝑑𝑢𝑞𝑑𝑎. – 𝐶̧𝐼𝑋𝐴𝑅𝐼𝐿𝐼𝑅

𝐌𝐀𝐃𝐃Ə 𝟏𝟎𝟎. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈𝐍𝐈𝐍 𝐏𝐑𝐄𝐙𝐈̇𝐃𝐄𝐍𝐓𝐋𝐈̇𝐘𝐈̇𝐍Ə 𝐀𝐈̇𝐃 𝐓Ə𝐋Ə𝐁𝐋Ə𝐑

Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

𝐃ə𝐲𝐢𝐬̧𝐢𝐤𝐥𝐢𝐤:
Seçki günü yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikası ərazisində seçki gününə qədər 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlərin qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidenti seçilə bilər

𝐌𝐀𝐃𝐃Ə 𝟏𝟎𝟏. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐏𝐑𝐄𝐙𝐈̇𝐃𝐄𝐍𝐓𝐈̇ 𝐒𝐄𝐂̧𝐊𝐈̇𝐋Ə𝐑𝐈̇𝐍𝐈̇𝐍 Ə𝐒𝐀𝐒𝐋𝐀𝐑𝐈

I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər
II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.
IV. Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
VI. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.

𝐃ə𝐲𝐢𝐬𝐢𝐤𝐥𝐢𝐤
I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Heç kəs 2 dəfədən artıq Azərbaycan Respublikası Prezidenti seçilə bilməz. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

𝐌𝐀𝐃𝐃Ə 𝟏𝟎𝟕. 𝐀𝐙Ə𝐑𝐁𝐀𝐘𝐂𝐀𝐍 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈̇𝐊𝐀𝐒𝐈 𝐏𝐑𝐄𝐙𝐈̇𝐃𝐄𝐍𝐓𝐈̇𝐍𝐈̇𝐍 𝐕Ə𝐙𝐈̇𝐅Ə𝐃Ə𝐍 𝐊Ə𝐍𝐀𝐑𝐋𝐀𝐒̧𝐃𝐈𝐑𝐈𝐋𝐌𝐀𝐒𝐈

I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

𝐃ə𝐲𝐢𝐬𝐢𝐤𝐥𝐢𝐤:
I. 30 gün sözü 10 gün sözü ilə əvəz olunur
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər.
III. 2 ay sözü 15 gün sözü ilə əvəz olunur

𝐌𝐀𝐃𝐃Ə 𝟏𝟐𝟒. 𝐘𝐄𝐑𝐋Ə𝐑𝐃Ə 𝐈𝐂𝐑𝐀 𝐇𝐀𝐊𝐈𝐌𝐈𝐘𝐘Ə𝐓𝐈

I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

𝐃ə𝐲𝐢𝐬𝐢𝐤𝐥𝐢𝐤:
I. Azərbaycanda yerli idarəetmə şəhər, şəhərdə rayon, rayon və kənd formasında həyata keçirilir.
II. Azərbaycan Respublikası Prezidenti şəhər, şəhərdə rayon və rayon icra başçılarını özünün yerli nümayəndəsi təyin edir.
III. Yerli icra nümayəndələrinin səlahiyyətləri qanunla müəyyən edilir.

𝐌𝐀𝐃𝐃Ə 𝟏𝟑𝟒. 𝐍𝐀𝐗𝐂𝐈𝐕𝐀𝐍 𝐌𝐔𝐗𝐓𝐀𝐑 𝐑𝐄𝐒𝐏𝐔𝐁𝐋𝐈𝐊𝐀𝐒𝐈𝐍𝐈𝐍 𝐒𝐓𝐀𝐓𝐔𝐒𝐔

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

𝐃ə𝐲𝐢𝐬𝐢𝐤𝐥𝐢𝐤:
I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar qurumdur.

𝐈𝐗 𝐟ə𝐬𝐢𝐥
𝐁Ə𝐋Ə𝐃𝐈𝐘𝐘Ə𝐋Ə𝐑

𝐌𝐀𝐃𝐃Ə 𝟏𝟒𝟐. 𝐘𝐄𝐑𝐋𝐈 𝐎𝐙𝐔𝐍𝐔𝐈𝐃𝐀𝐑Ə𝐍𝐈𝐍 𝐓Ə𝐒𝐊𝐈𝐋𝐈

I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.
II. Bələdiyyələr seçkilər əsasında yaradılır.
III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.

𝐃ə𝐲𝐢𝐬𝐢𝐤𝐥𝐢𝐤:
I. Yerli idarəçilik şəhər, şəhərdə rayon, rayon və kənd bələdiyyə başçıları və məclisləri vasitəsilə seçilir.
II. Bələdiyyə başçıları və məclislər seçkilər əsasında keçirilir
III. Bələdiyyə başçılarının məclisinin və bələdiyyələrin statusu, bələdiyyələrin səlahiyyətləri, qərarları, müstəqilliyi və müstəqilliyinin təyinatı və məsuliyyətləri, bu Konstitusiya, bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələr haqqında qanunla müəyyən edilir.

İqbal Ağazadə

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …