Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ərdoğandan Pakistan Prezidentinə: Terrorla mübarizədə yanınızda olmağa davam edəcəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

Boyukmillet.com xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Zərdarini prezident seçilməsi münasibətilə təbrik edib.

İki ölkə arasında əlaqələrin hər sahədə inkişafını gözlədiyini deyən Ərdoğan yeni dövrün Pakistan üçün faydalı olacağına ümid etdiyini bildirib.

Bu ölkədə törədilən terror aktlarını pisləyən Ərdoğan Türkiyənin terrorla mübarizədə Pakistanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …