Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …